Icma.az
close
up
RU
Valideynlərin NƏZƏRİNƏ: Bu hal uşaqlarda skalioz yaradır

Valideynlərin NƏZƏRİNƏ: Bu hal uşaqlarda skalioz yaradır

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Uşaqların əzələləri və bağ aparatları hələ tam formalaşmadığı üçün ağır məktəb çantaları onların bədənində daimi gərginlik yaradır. Uşaq çantanı daşıyarkən bədənini taraz saxlamaq məqsədilə bir tərəfə əyilir və nəticədə onurğa tədricən həmin istiqamətdə fiksə olur. Zamanla bu vəziyyət asimmetrik əzələ inkişafına, kürək ağrılarına, hətta nəfəsalma pozğunluqlarına gətirib çıxara bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında pediatr Aytən Ziyadova deyib. 
"İdman uşaqlar üçün faydalıdır, lakin bu, ağır çantanın yaratdığı yüklənməni tam kompensasiya etmir. Yəni uşaq fiziki cəhətdən güclü olsa belə, hər gün 6–7 kiloqramlıq çanta daşımaq onun əzələlərinə mütənasib yük sayılmır. İdman yalnız köməkçi amildir, amma səhv daşıma vərdişlərini aradan qaldırmır".
Pediatr deyib ki, uşaqların skelet sistemi formalaşma mərhələsində olduğundan artıq yük, xüsusilə də çantanın çəkisi, onların onurğa sütununa birbaşa təsir göstərir:
"Əgər çantanın çəkisi uşağın bədən çəkisinin 10 faizindən çoxdursa, uşaq balansı qorumaq üçün bədənini avtomatik əyir. Bu vərdiş uzun müddət davam etdikdə skolioz, kifoz və lordoz kimi duruş pozğunluqları yarana bilər.
Çantanın çəkisi uşağın bədən çəkisinin 10 faizini keçməməlidir. Məktəb çantası iki çiyin kəməri olan, ortopedik arxalıqlı və bölmələri bərabər paylanmış modeldə olmalıdır. Çantanın alt hissəsi bel səviyyəsindən aşağı sallanmamalı, uşaqlar çantanı mütləq hər iki çiyinə taxmalıdır. Valideynlər hər səhər bu qaydanı uşaqlara xatırlatmalı, məktəbdə isə müxtəlif dərsliklər üçün ayrıca şkaf və ya bölmə sistemi təmin edilməlidir ki, uşaq hər gün bütün kitabları daşımağa məcbur qalmasın".
O bildirib ki, valideynlər çantaları mütəmadi çəkməli, çünki 25 kq çəkisi olan uşaq üçün 5 kq-lıq çanta artıq yükdür:
"Uşağın kürəyinə və duruşuna diqqət yetirmək vacibdir. Əgər asimmetriya və ya çiyin bərabərsizliyi müşahidə edilərsə, vaxtında həkim müayinəsi aparılmalıdır.Uşaqlara düzgün duruş və yeriş vərdişləri öyrədilməlidir. Hər səhər “dik dur” vərdişinin təkrarlanması uzunmüddətli qoruyucu təsirə malikdir, lakin əzələlər zəifdirsə, bu duruşun qorunması çətinləşir. Məktəblərdə fasilə gimnastikası vərdişinin təşviqi də uşaqların onurğa sağlamlığını qorumağa mühüm töhfə verir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Oktyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri