Icma.az
close
up
RU
“Valyuta hərraclarının nəticələrini gizlətmək zəiflik əlamətidir” İlqar Məmmədov

“Valyuta hərraclarının nəticələrini gizlətmək zəiflik əlamətidir” İlqar Məmmədov

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Məlum olduğu kimi, Mərkəzi Bank ötən ayın əvvəlindən başlayaraq keçirilən valyuta hərracları barədə məlumatları ictimaiyyətə açıqlamır.
Yeniavaz.com
xəbər verir ki, Mərkəzi Bank məlumatların açıqlanmamasını onların artıq aktual hesab edilməməsi ilə izah edib.
Bildirilib ki, hərraclarda formalaşan məzənnənin sabit qalması və bankların valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə təqdim olunması artıq aktual hesab edilmir.
Mərkəzi Bank bu məlumatların ictimaiyyətə təqdim olunmasını aktual hesab etmədiyini bildirsə də, bu məlumatları öyrənmək istəyənlərin suallarını cavabsız qoyur.
Qeyd edək ki, bu ayın 3-də keçirilən hərrac və satılan valyutanın məbləğini öyrənmək üçün Mərkəzi Banka rəsmi şəkildə sorğu göndərsək də, bu günə kimi suallarımıza cavab verilməyib.
Məlumat üçün bildirək ki, “İnformasiya əldə etmək haqqında”, həmçinin “Media haqqında” Azərbaycan Respublikası Qanunlarında dövlət orqanlarının media subyektlərinə və jurnalistlərə məlumat verməli olduqları açıq şəkildə qeyd olunub. Lakin qanunun tələblərinə baxmayaraq, Mərkəzi Bank sorğumuza cavab vermir və bunun səbəbini də izah etmir.
Onu da qeyd edək ki, dünyanın əksər ölkələrində valyuta hərracları barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır. Valyuta hərracları barədə məlumatların açıqlanması ilə bağlı Beynəlxalq Valyuta Fondunun (BVF) bir sıra tövsiyələri də mövcuddur. BVF-nin “Pul və Maliyyə Siyasətlərinin Şəffaflıq Standartları” ("Monetary and Financial Policies Transparency Code") adlı sənədində göstərilir ki, Mərkəzi Banklar valyuta hərracları ilə bağlı məlumatları (məbləğ, tarix, məzənnə və s.) ətraflı şəkildə açıqlamalıdır. Bu məlumatların açıqlanması vətəndaşların bank-maliyyə sisteminə olan inamını artırır.
Qeyd etdiyimiz kimi, dünyanın əksər ölkələrində, o cümlədən keçmiş SSRİ və region ölkələrində Mərkəzi Banklar valyuta hərracları barədə məlumatları ictimaiyyətə açıqlayırlar. Yeganə istisna kimi Rusiyanı qeyd edə bilərik. Rusiya Mərkəzi Bankı 2022-ci ildən etibarən valyuta hərraclarında banklara dollar satılması barədə məlumatları tam şəkildə ictimaiyyətə açıqlamır.
Mərkəzi Bankın valyuta hərracları barədə məlumatları ictimaiyyətə açıqlamamasına münasibət bildirən REAL Partiyasının sabiq sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb ki, valyuta hərraclarının nəticələrini ötən aydan etibarən gizlətmək güvənc yox, zəiflik əlamətidir: “Manatın məzənnəsinə görə canına girmiş qorxunu sizə sızdırıb bildirdiyinə görə, Mərkəzi Banka təşəkkür də edə bilərsiniz. Axı onun vəzifəsi sizi həm də məlumatlandırmaqdır – və mahiyyət etibarilə o, məhz bunu etdi”.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 15 Aprel 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri