Icma.az
close
up
RU
Vecsizlik girdabında boğulan dünya və apatiyalaşan cəmiyyət Günel Musa yazır

Vecsizlik girdabında boğulan dünya və apatiyalaşan cəmiyyət Günel Musa yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Günel MUSA

Dünya imtahan meydanı, təcrübə məkanıdır. Odur ki, dünya var olduqca zalım da, məzlum da yer üzündən əskik olmayacaq. Tarixə nəzər salanda bunu daha aydın görürük. Zülm həmişə var olub və olmağa da davam edəcək. Amma onu böyüdən əsas amil ətrafını bürüyən səssizlikdir. Pislik çox vaxt hayqırtı ilə deyil, dərin bir səssizliklə böyüyür. Hələ də insanlıq zalımlıqlarda çox, sükutu sipər edən qələbəliklərin kölgəsində əzilir. Uşaqların öldürülməsinə, şəhərlərin bir gecədə məhv edilməsinə, mədəniyyətlərin amansızcasına yer üzündən silinməsinə telefon kamerası ilə baxan qələbəliklər, bir qadının fəryadına qulaqlarını tıxayan küçələr, bir xalqın soyqırıma uğradıldığını bilə-bilə qımıldamayan dövlətlər... Pisliyin əsl silahı bax budur. Tamaşa etmək, alqışlamaq.

İnsanların dünyada baş verənləri bir tamaşa kimi seyr etməsi mənə nədənsə məşhur fransız aktyoru və yazıçısı Molyerin ölümünü xatırladır. Molyer son yazdığı "Xəstəlik xəstəsi" pyesində oynayarkən səhnədə qan qusmağa başlayır və yerə yıxılır. Tamaşaçılar bunu tamaşanın bir səhnəsi kimi qəbul edir, gurultu ilə alqışlayırlar və beləcə Molyer alqışların müşayiəti ilə ölümə gedir. O, elə həmin gecə saat 10:00-da vərəmdən ölür.

Ağlım kəsəndən bəri tez-tez eşitdiyim bir ifadə var: "Mənə toxunmayan ilan min il yaşasın". Bu məsəl zamanla elə bir məna qazandı ki, laqeydliyi heç nəyə qarışmamağı həyat şüarına çevirdi. Səhv etmirəmsə, Albert Eynişteynin sözüdür: "Dünya pislik edənlərə görə deyil, edilən pisliklərə tamaşa edənlərə görə təhlükəli bir yerdir". Hər gün insanlar ölür. Bombardman altında qalan şəhərləri, aclıqdan, quraqlıqdan ölən, etnik təmizləmə siyasətinin qurbanı olan insanların cəsədlərini seyr etdikcə laqeydlik hər gün bir az daha da artır sanki. Ən yaxşı halda sosial mediada gördüklərimizə "ah" çəkib keçirik. Televizorda izlədiyimiz insan faciəsinin ardından laqeydliklə kanalı dəyişirik əyləncə proqramlarına. Birbaşa bizə dəxli yoxdur deyə ədalətsizliyə kürəyimizi çeviririksə, bir kərpic də bizlər qoymuş olmuruqmu bu ədalətsizliyin, zülmün qalasına?

Hitler yəhudilərə qarşı amansız qanunlar çıxartdığı zaman milyonlarla alman heç nə olmayıbmış kimi həyatlarına davam etdi. Əsir düşərgələri qurularkən, qonşuları yoxa çıxarkən çox insan sadəcə baxdı və susdu. Halbuki o soyqırımı həyata keçirən təkcə Hitler deyildi, həm də "qarışmayan" cəmiyyətlər idi.

1994-cü ildə Ruandada 100 gün içində 800 min insan öldürülərkən, 1990-cı ildə Bakıda bir gecədə 131 insan qətl edilərkən, 1993-cü ildə Xocalıda 613 insan soqırıma məruz qalarkən BMT sükutunu pozmadı. Qərb səssizliyə büründü. Mədəniyyət susdu. "Daxili məsələ"dir deyildi. Halbuki soyqırımlar bəşəri utancdır.

1995-ci ildə Srebrenitsa qətliamı zamanı Avropanın göbəyində, BMT-nin mühafizəsi altında olan bir bölgədə 8 mindən çox boşnak oğlanları və uşaqlar öldürüldü. BMT isə olanları soyuqqanlı şəkildə sadəcə izlədi. İnsanlıq bir daha sinifdə qaldı. Bu faktlar tarixin utancverici səhifələrinin sadəcə cüzi bir hissəsidir və bu örnəklər həm də onu göstərir ki, pisliyin, qəddarlığın yalnız bir günahkarı yoxdur. Hər zalımın arxasında nəhəng bir tamaşaçı ordusu, susan cəmiyyət, hesab tələb etməyən bir dünya var təəssüf ki.

Bir neçə gün əvvəl Rusiyada soydaşlarımıza, eləcə də dünyanın müxtəlif ölkələrində müsəlmanlara, türk miqrantlara edilən amansız təzyiqlərə yenə dünya susur. Bu gün dünyada vəziyyət ötən əsrlərlə müqayisədə daha ağır mənzərələrə ev sahibliyi edir və indi hər zamankından daha çox səsə, daha çox sorğulamağa, daha az susmağa ehtiyacımız var. 

Bəzi coğrafiyalarda insanların müxtəlif fasilələrlə məruz qaldıqları zülmün o xalqların qədəri olduğu düşüncəsi formalaşdırıb. Ən ağrılısı isə bu düşüncə zülmə boyun əymək səbəbinə çevrilib. Məsələn, əsrlərdir Orta Şərqdə vəziyyət dəyişmir. Neftin içində yoxsulluqla mübarizə aparan, müqəddəs mətnlərin beşiyində zülmlə inləyən, mədəniyyətin yarandığı coğrafiyada günü-gündən məhv olan insanların faciə yuvasıdır Orta Şərq. Hər yerdə eyni mənzərə var; Qan, göz yaşı, geriqalmışlıq, istismar. Avtoritar rejimlərin ağuşunda çırpınır insanlar. Sayları çox olsa da, bu coğrafiyada xalqlar heç cür birləşə bilmir. Bütün bu qarğaşanın ortasında bir sual yaranır. Bu coğrafiya hər zaman belə olmaq məcburiyyətindədirmi? Orta Şərq qədərinimi yaşayır, yoxsa seçimlərinin sancısını çəkir? Amma "qədərimiz budur" demək sadəcə məsuliyyətdən sıyrılmaqdır. Orta Şərqə bu taleyi biçən təkcə imperialist qüvvələr deyil. Həm də özünü sorğulamayan din adamları, yaltaq ziyalılar, hər zərbədə səssiz qalan kütlədir. Orta Şərqi əsir edən, işğal edən, bədbəxtliyə məhkum edən bombalar, tanklar deyil, zehnin təslimiyyətidir, öyrənilmiş çarəsizlikdir. İbn Xəldun "Coğrafiya qədərdir" demişdi. Amma bu əsrdə seçimlər dəyişərsə, qədərin də dəyişə biləcəyinə inanıram mən. Bu coğrafiyada insanlar tamaşaçı kürsüsündən qalxmağın bir yolunu tapmalıdır.  Bəşəriyyətin bu xaosdan xilas olmasının yeganə yolu o kürsüdən qalmaq və materialist anlayışı məhv edib əvəzində haqqın və ədaləti tələb etməkdədir. İnsanlığın bundan başqa xilas yolu yoxdur. İllərdən bəri ölkəmizin məruz qaldığı hücumlar, soyrıqımlar, terror və bu gün yaşadıqlarımızın belə təməlində materialist anlayış yatır.

Hədislərin birində: "Bir yerdə pislik, ya da səhv gördüyünüz zaman əlinizlə düzəldin. Əlinizlə düzəldə bilmirsinizsə, dilinizlə düzəldin, dilinizlə düzəldə bilməyib çarəsiz qalmısınızsa, o zaman bütün qəlbinizlə nifrət edin" deyilir. Bu isə o deməkdir ki, gördüyümüz zülmün qarşısında heç olmasa vicdanımızda mövqeyimizi ortaya qoyaq. Əks halda qarşılaşdığımız zalımlığa bu tərzdə müdaxilə edə bilməsək, zülmün sonu gəlməyəcək. İnsanlıq susduğu üçün zalımlıq normallaşıb zövq məsələsinə çevrilməkdədir.

lll

Dünyada müharibələrin, iqtisadi-mənəvi böhranın, təbiətin və insan əlinin meydana gətirdiyi fəlakətlər insanların ətrafında baş verən hadisələrə qarşı laqeydlik və vecsizliyə səbəb olub. Elmi adı "apatiya" olan bu vəziyyət bütün dünyanı bürüdüyü kimi, bizim cəmiyyətimizdən də yan keçmir. Son 20 ildə insanların fərd olaraq vecsizləşməsi bütövlükdə cəmiyyətin apatiyalaşmasını da sürətləndirib. Sadəcə çoxumuz bunun fərqində deyilik. Fərqində olsaq belə, əksəriyyətimiz bu həqiqətlə üzləşmək istəmirik. Qulağımızın dibində baş verən partlayışlar, yanğınlar, qapı qonşumuzun öldürülməsi, sosial şəbəkələrdə, mediada izlədiyimiz zorakılıq hadisələrinə artıq soyuqqanlı reaksiyalar veririk. İsti-isti hadisələr bizə təsir etsə də, çox qısa zamanda yadda çıxarırıq. Artıq baş verən ən qandondurucu cinayətə belə təəccüb etmirik. Çünki öyrəşmişik.

Bəzilərimiz də insan olaraq əlimizi daşın altına qoymaq yerinə daha asan yolu seçir və seçdiyimiz bu yolun ən doğru yol olduğuna inandırırıq özümüzü. İnsanların əksəriyyəti zülmün, haqsızlığın qarşısında heç nə etməmiş olmaqdansa, faydasız şeylər edib özünü məmnun etməyə çalışır. Məsələn, bir cinayət işlənir, faciə baş verir, çox insanın edə biləcəyi ilk iş telefonlara kilidlənmək olur. tviter, feysbuk, Tik-Tok, instaqram və bir çox bunun kimi sosial platformalarda paylaşımlar edərək insanlıq cinayətini müxtəlif formalarda qınayırlar. Çünki əllərindən gələni etdiklərini düşünür, artıq insanlıq vəzifələrini qüsursuz yerinə yetirdikləri üçün də qürurla gəzirlər. Amma bu, əslində apatiyanı, ictimai vecsizliyi yaradır. Məsələ heç insanların bu cür  paylaşımlar etməsi də deyil. Əsl ikrah doğuran məsələ insanların bunu gərəyindən artıq edərək bu cür faciələri baxış sayı artırmaq materialı olaraq istifadə etməsidir. Yəqin ki, bir çoxunuzun real həyatda tanıdığınız, iynə ucu boyda adamlığı olmayan, hətta özünün cəmiyyət üçün zərərli biri olduğunu bildiyiniz insanların bu tərz paylaşımları hamıdan çox etdiyinin şahidi olmusunuz. O insanların əsl məqsədi publikaya həssas insan rolu oynamaqdır. Təbii ki, söylədiklərim hər paylaşım edən insanlar üçün keçərli deyil, amma təəssüf ki, bu cür tiplər daha çoxdur cəmiyyətdə.

Cəmiyyət olaraq sürükləndiyimiz uçurumlardan biri də eqoistlikdir. Təbii ki, bu vəziyyətin geniş yayılmasında "psixoloq" və "kouç"ların da "əməyi" danılmazdır. Yalnız özünü sevmək, yalnız özünü düşünmək bir dəb olmağa başlayıb artıq. Ölkə yanır, dünya dağılır beş-üç nəfər həssas insandan başqa heç kimin vecinə deyil. Türklərdə "Kənd yanır, dəli daranır" deyə məşhur bir məsəl var. Hazırda bizim cəmiyyətimizdə də vəziyyət təxminən elə bu cürdür. İnsanların əksəriyyəti eqoistliyinə mədhiyyələr yağdırır, yalnızlığını müqəddəsləşdirir, hər kəs öz dərdini bütləşdirir. Bu vecsizliyin, eqoistliyin fonunda isə nə uşaqların gələcəyi, nə torpağın bərəkəti, nə də bu ölkənin sabahı qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see222

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see213

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see181

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see134

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see131

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see130

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see121

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see121

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see120

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri