Vəkillər Kollegiyasından mühüm qərarlar: Yeni büro yaradılır
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı il iyunun 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə VK məlumat yayıb.
Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Daha sonra gündəliyə uyğun olaraq bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi ilə əlaqədar onların VK-da fəaliyyətinin bərpa edilməsi, dövlət qulluğuna qəbul edilənlərin isə kollegiyada fəaliyyətinin dayandırılmasına qərar verilib.
Həmçinin, digər vəkil qurumlarına keçilməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, eləcə də müəyyən müddətə üzvlük haqqından azad olunması ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Bundan başqa, iclasda "Fortis" Vəkil Bürosunun təsis edilməsi və bəzi kollegiya üzlərinin vəkil kabineti yaratmaları ilə bağlı müraciətləri müzakirə olunaraq müsbət qərarlar qəbul edilib.
Sonda VK-nın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri addımlar atılıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 06 İyun 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















