Icma.az
close
up
RU
Vətən yaşayır, həyat davam edir

Vətən yaşayır, həyat davam edir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Xalqımızın qürur, fəxr və sevinc kimi müxtəlif duyğuları eyni anda yaşadığı, sonu zəfərlə bitən 44 günlük Vətən müharibəsindən beş il keçir. 5 il zaman olaraq az deyil.

O zaman ana bətnində olan körpələr indi məktəbə hazırlaşır, xaraba şəhərlər günbəgün abadlaşır. Həyat davam edir. Zaman bir çox yaralara məlhəm olur, ancaq elə yaralar var ki, qaysaq bağlasa da sağalmır. “Bala dağı–yağ dağı”, - deyib analar. Vətənin azadlığı, bütövlüyü uğrunda öz balasını qurban verən anaların sağalmayan yarası var.

Bəli, müharibə bitib. Bu səbəblə xalq olaraq çox xoşbəxtik. Bu xoşbəxtlikdən qürur duyan, Azərbaycan bayrağını ən müqəddəs andı bilən analar var, qadınlar var, uşaqlar var, ailələr var fərd olaraq bədbəxt olan. Viktor Frankla görə insan ən ağır vəziyyətdə belə həyatın mənasını tapırsa, bədbəxtlik gücə çevrilə bilir. Necə ki, övladını, ərini, qardaşını, atasını itirən fərdlər həyatın mənasını Vətənin bütövlüyündə, azadlığında tapdı. Onların Vətən sevgisi gücə–dəmir yumruğa çevrildi və xəyalları gerçək etdi.

Ana Vətəni övladından üstün tutan hər bir şəhid anası qəlbini didib-parçalayan sonsuz kədərə rəğmən dik dayandı. Çünki onlar üçün Vətən və övlad sevgisi birlikdə ən müqəddəs duyğunu formalaşdırıb. Öz can parçasını itirən analar bunu şəxsi faciə kimi dəyərləndirməyib, övladının ölümünü mətanətlə qarşılayıb və Vətənə verilmiş pay biliblər. Ana üçün övlad candır, nəfəsdir, yaşam səbəbidir. Vətən sevgisi isə sevgilərin ən alisi, ən müqəddəsidir. Vətən sevgisi yeganə qüvvədir ki, övlad itkisinin ağrısını, kədərini qürura çevirib, analara səbir, dözüm verib.

Bütün şəhidlərin taleyi bir-birinə bənzəyir. Hamısı nakam, arzuları ürəyində, adları tarixdə qalan. Hamısının sevdiyi bir, hədəfi bir. Sevdikləri Vətəndi, hədəfləri suverenlik. Şəhidlər şəhadətə ucaldılar. Atalar-analar övladsız, qadınlar ərsiz, uşaqlar atasız qaldılar. Poladın, Mübarizin, Fəridin, Toğrulun, Nicatın, Elşənin... fərqli idi atası, anası, eyni adı qazandılar: şəhid atası, şəhid anası.

Elə şəhid anaları da bir-birinə bənzəyir. Hamısının üzündə nur, qəlbində qəm. Hamısının dərdi birdir, dözülməzdir. Övlad itkisi müqayisəolunmazdır və hər bir övlad özlüyündə təkdir, bir dənədir. Ana var ki, yeganə bir balasını, gözünün ağı-qarasını qurban verib Vətən üçün. Ana var ki, iki oğlu şəhid olub Vətən üçün. Yenə dözüb, başıuca dik dayanıb. Çünki bilib, torpaq əgər uğrunda ölən varsa, vətəndir!

Qadınlar var, gənc yaşında yarsız qalan. Toy sədası qulağından çəkilməmiş al otağına qara bağlanıb. Düz beş ildir adı olub şəhid yoldaşı. Birgə xəyallar qurduğu, başını çiyninə qoyub uyuduğu əri artıq torpaq olub, Vətən olub. Əri ilə birlikdə dəfn olunub onun qadın xoşbəxtliyi. Bu gün onlar şəhidlərdən əmanət qalan övladları, şərəfləri, Vətənə sədaqətləri üçün yaşayırlar. Yaşayırlar ki, şəhid əmanətlərini onlara layiq şəkildə yetişdirsinlər. Yaşayırlar ki, şəhid analarına, üçrəngli bayrağı bağrına basıb, “Vətən sağ olsun!” - deyən şəhid atalarına arxa-dayaq olsunlar.

Övladlar var, ata üzü görməyən, atasının şəhadətindən sonra doğulan. Uşaqlar var, düz beş ildir ata yolu gözləyən, körpələr var yuxusunda atasına qovuşan, oğullar var bir andaca böyüyən. Bir də şəhid qızları var, dərdi dilə gəlməyən...

Böyüyüblər, böyüyürlər. Yaşayıblar, yaşayırlar bu Vətəni yaşatmaq üçün.

Həyat davam edir...

Zəminə RƏSULOVA,
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see408

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see371

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see351

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see338

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see330

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see299

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see263

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see258

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see252

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see238

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see226

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see193

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see184

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see180

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see178

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see177

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see175

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see167

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see165

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri