Icma.az
close
up
RU
Vətəndaşlara “pul paylayanlar”: Bu şirkətlərə güvənməyin Aldadıla bilərsiniz

Vətəndaşlara “pul paylayanlar”: Bu şirkətlərə güvənməyin Aldadıla bilərsiniz

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lombard kreditləri ilə bağlı narazılıqlar davam edir. Əksəriyyət düşünür ki, girov qoyulan qızıl əşyalarına çox aşağı qiymət təklif olunur. Bu, onların borclarını qarşılamır. Bildirilir ki, bankların təqdim etdiyi lombard kreditlərinin faiz göstəriciləri isə yüksəkdir. Digər tərəfdən, risklər də gündəmdədir. Belə ki, bəzən vətəndaşlar qızıllarını geri ala bilmirlər və ya borcları sürətlə artır, şirkət müflis olur və sair.

Lombard krediti götürmək istəyənlər hansı təhlükə ilə üz-üzədir? Vətəndaşlar nələrə diqqət etməlidir?

Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, 2017-ci ildən lombardlarla bağlı qanun layihəsi mövcuddur.

Onun sözlərinə görə, layihə lombardların fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsini əhatə edir:

“Lakin hələ də qəbul olunmur. İndi də lombardların fəaliyyəti tam sərbəstdir. İstənilən şəxs şirkət aça bilər. Heç bir nəzarət və lisenziya lazım deyil. Yəqin ki, bunda maraqlı olan adamlar var. Əsas təhlükə vətəndaşın lombarda verdiyi girovla əlaqəlidir. Belə ki, lombardla müqavilə bağlanır, vətəndaş götürdüyü məbləğdən bir neçə dəfə bahalı qızıl-zinət əşyalarını girov qoyur. Borcu qaytara bilmədikdə lombard məhkəməsiz halda qızılları satışa çıxarır. Onlara güldən ağır söz deyən olmur. Qanunla lombard borclu şəxsi məhkəməyə verməli və qoyulan girovlar hərracda satılmalıdır”.

Əkrəm Həsənov

İqtisadçı bildirib ki, bəzən şəxs krediti qaytarsa da, lombard qızılı dəyişir:

“Nəzarət yoxdur. Yaxud adam qızılı verib kredit götürür, səhəri gün lombardın yoxa çıxdığını görür. Adətən lombard kreditlərini banka müraciət edə bilməyən və ya borclu şəxslər əldə etməyə çalışırlar. Ona görə də faizləri çoxdur. Amma banklar lombard krediti verəndə məhkəmədən kənar satışın, itkilərin və sair olmayacağını bilirsən. Tövsiyə edirəm ki, ümumiyyətlə lombarddan kredit götürməsinlər. Ehtiyac zamanı isə müqavilədə girov qoyduqları qızıl-zinət əşyasının meyarlarını, təsvirini mümkün qədər aydın yazsınlar, video və fotosunu çəksinlər. Sonra problem yaşanmaması üçün bu, önəmlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Mart 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri