Icma.az
close
up
RU
Vəzifədən istintaqa Qalmaqallı sabiqlər HARADADIRLAR…

Vəzifədən istintaqa Qalmaqallı sabiqlər HARADADIRLAR…

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Son aylarda bəzi məmurların yüksək vəzifələrdən azad edilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə də Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi olmuş Fuad Nəcəfli, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq icraçı direktoru Vüqar Qurbanovun vəzifələrindən azad olunması ictimai diqqəti onlara yönəldib. Bu qərarların arxasında hansı səbəblərin dayandığı barədə müxtəlif versiyalar səsləndirilir.
Hər üç eks-məmur uzun müddət dövlət idarəçiliyində mühüm postlar tutub və onların rəhbərlik etdiyi qurumlar ölkənin strateji sahələrini əhatə edib. Modern.az-a verilən məlumata görə, onların vəzifədən azad edilmələri təkcə siyasi qərar kimi deyil, həm də idarəetmədə yol verilən qüsurların aradan qaldırılması və mümkün dəyişikliklərin siqnalı kimi qiymətləndirilməlidir.
Fuad Nəcəfli 2022-ci ilin dekabrından 2025-ci ilin noyabrınadək, Saleh Məmmədov 2017-ci ilin dekabrından 2026-cı ilin fevralınadək, Vüqar Qurbanov isə 2022-ci ilin sentyabrından 2026-cı ilin fevralına kimi məlum vəzifələrdə çalışıb.
Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərmiş Fuad Nəcəflinin fəaliyyəti bəzi dairələrdə müsbət qiymətləndirilsə də, digər tərəfdən onun dövründə qəbul edilən qərarların bir hissəsi ilə bağlı sualların olduğu qeyd olunur. Naxçıvan uzun illər ölkənin xüsusi idarəetmə modeli ilə seçildiyindən burada aparılan islahatlar və kadr dəyişiklikləri həmişə diqqət mərkəzində olub.
Bəzi iddialara görə, Fuad Nəcəfli vəzifədən azad edildikdən sonra bir neçə cinayət işi üzrə istintaqa ifadə verib. Qeyd olunur ki, Naxçıvanda aparılan audit yoxlamaları zamanı dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı ciddi pozuntular aşkarlanıb və bu materialların hüquq-mühafizə orqanlarına təqdim edildiyi bildirilir. Fuad Nəcəflinin dövründə aşkarlanan maliyyə pozuntuları üzrə araşdırmaların davam etdirildiyi qeyd olunur.
Bildirilir ki, o, tutduğu posta tamamilə uyğunsuz kadr olub, yerli nazirlərə, komitə sədrlərinə, deputatlara qarşı məmur etikasından kənar münasibət sərgiləyib, onlara qarşı tez-tez alçaldıcı, təhqiramiz hərəkətlərə yol verib. Bununla yanaşı, eks-səlahiyyətli nümayəndənin adı mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə də hallanır.

Uzun illər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) rəhbərlik etmiş Saleh Məmmədovun fəaliyyəti də ictimai müzakirə mövzusu olaraq qalmaqdadır. Ölkədə son illərdə çoxsaylı avtomobil yollarının tikilməsi və yenidən qurulması həyata keçirilsə də, bəzi layihələrin dəyəri, tender prosedurları və tikinti keyfiyyəti ilə bağlı suallar səsləndirilirir.
Ekspertlər hesab edir ki, yol infrastrukturu sahəsi böyük maliyyə vəsaitlərinin dövr etdiyi sahələrdən biridir. Bu sahədə korrupsiya və mənimsəmələrə yol verilməsi halları istisna edilmir.
Keçmiş sədr Saleh Məmmədovun dövründə təmirə və yenidənqurmaya ehtiyacı olan yolların diqqətdən kənarda qalması, yol təsərrüfatının inkişafı üçün ayrılan büdcə vəsaitlərinin xərclənməsindəki sual doğuran məqamlar, tender qalmaqalları tez-tez gündəmə gətirilirdi. Saleh Məmmədovun əməlisaleh məmur olmadığı və yol verdiyi qanunazidd hərkətlərlə əlaqədar keçmiş fəaliyyətinin araşdırıldığı bildirilir.
Səhiyyə sistemində əsas idarəedici qurumlardan biri olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də son illərdə geniş dəyişikliklər dövründən keçib. Bu quruma rəhbərlik etmiş Vüqar Qurbanovun fəaliyyəti dövründə tibbi xidmətlərin təşkilində müəyyən yeniliklər tətbiq olunsa da, bəzi tənqidlər də səsləndirilirdi.
Sosial şəbəkələrdə və mediada səhiyyə müəssisələrinin maliyyə idarəçiliyi, kadr siyasəti və xidmət keyfiyyəti ilə bağlı müxtəlif iddialar gündəmə gətirilib. Rəsmi qurumlar isə bu iddiaların böyük hissəsini şərh etmədən saxlayıb.

Mediada yayılan bəzi məlumatlarda qeyd olunur ki, hazırda adı çəkilən şəxslərin fəaliyyətinin hüquqi qiymətləndirilməsi aparılır. Bununla belə, hazırda rəsmi səviyyədə onların barəsində cinayət işinin başlanması barədə açıq məlumat yoxdur. Hüquqşünaslar bildirirlər ki, belə hallarda hüquqi proses yalnız müvafiq araşdırmalar başa çatdıqdan sonra mümkün olur.
Səslənən iddialarla yanaşı, sözügedən kadr dəyişikliklərini dövlət idarəçiliyində daha geniş yenilənmə prosesinin bir hissəsi kimi dəyərləndirənlər də var. Onların fikrincə, son illərdə müxtəlif dövlət qurumlarında aparılan struktur dəyişiklikləri idarəetmənin səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədi daşıyır.

Digər tərəfdən, ictimaiyyət üçün əsas sual açıq qalır: bu vəzifə dəyişiklikləri sadəcə kadr rotasiyasıdır, yoxsa gələcək hüquqi proseslərin başlanğıcı?

Hazırda cəmiyyət bu sualın cavabını gözləyir. Əgər səsləndirilən iddialarla bağlı rəsmi araşdırmalar başlanıbsa, bu, dövlət idarəçiliyində hesabatlılıq və məsuliyyət məsələlərinin daha ciddi şəkildə gündəmə gəlməsinə səbəb ola bilər.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri