Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar? Həkimdən tövsiyə
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sarımsaqda çoxlu faydalı xüsusiyyətlər var. Bu məhsul bir sıra xəstəliklərə dərmandır. Səbəbi isə tərkibində orqanizmi virusların təsirindən qoruyan faydalı yağların olmasıdır.
News24.az-ın "Vechernyaya Moskva"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı diyetoloq Yelena Solomatina xəbər verib.
Bununla belə, diyetoloq sarımsağın istehlak normasının hər kəs üçün fərqli olduğunu bildirib.
"Mən gündə bir diş çiy sarımsaq yeməyi tövsiyə edirəm. Amma bəzi insanlar bu məhsuldan tamamilə imtina etməlidirlər. Məsələn, mədə-bağırsaq traktı ilə problemi olanlar. Efir yağları bağırsağın selikli qişasına qıcıqlandırıcı təsir göstərir və kəskinləşməyə səbəb ola bilər", - deyə Solomatina xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, sarımsaq qanı yaxşı durulaşdırır, ona görə də, aterosklerozdan əziyyət çəkən insanlar üçün faydalıdır.
"Lakin əgər insanın qanı durulaşdırmaq deyil, əksinə, onu laxtalandırmaq lazımdırsa, sarımsağı qida rasionundan tamamilə çıxarmaq lazımdır", - deyə diyetoloq dəqiqləşdirib.
O, sarımsaqda "C", "B6", "B1", "B2", "B3", "B5", "B9" kimi vitaminlər, həmçinin kalsium, kalium, fosfor, selen, maqnezium, natrium, sink, dəmir və manqan kimi faydalı mikroelementlər olduğunu vurğulayıb.
"Lakin başa düşmək vacibdir ki, soyuqdəyməni yalnız onunla müalicə etmək olmaz. O, viruslarla mübarizədə düzgün müalicə ilə birlikdə əla köməkçi ola bilər", - deyə Solomatina sözlərini yekunlaşdırıb.\\oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 31 Yanvar 2025 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















