VK nın sədri: Türk dövlətlərinin Vəkillər Kollegiyaları Birliyinin yaradılacağına inanıram
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasında (VK) Türkiyənin Eskişehir Barosunun rəhbəri Barış Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a VK-dan məlumat verilib.
Bildirilib ki, görüşdə VK-nın sədri Anar Bağırov qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin hüquq sahəsində də getdikcə möhkəmləndiyini vurğulayıb. Sədr son illər kollegiyada həyata keçirilən islahatlar, institusional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Anar Bağırov ötən il Ankara şəhərində Türkiyə Barolar Birliyi və VK-nın birgə təşkilatçılığı ilə keçirilmiş Türk dünyası Vəkillər kollegiyalarının Zirvə görüşünü xatırladaraq, həmin toplantıda imzalanan niyyət bəyannaməsinin əməkdaşlığın güclənməsinə mühüm töhfə verdiyini qeyd edib. Sədr yaxın gələcəkdə Türk dövlətlərinin Vəkillər Kollegiyaları Birliyinin yaradılacağına inamını ifadə edib.
Həmçinin sədr Azərbaycanda vəkillik institutunun inkişaf tarixindən, kollegiyanın maliyyə müstəqilliyi və elektron idarəetmə sistemi barədə danışaraq vurğulayıb ki, bu gün dövlət tərəfindən vəkilliyin inkişafına ardıcıl diqqət və qayğı göstərilir.
Öz növbəsində Eskişehir Barosunun rəhbəri Barış Günaydın səmimi qəbula görə təşəkkürünü bildirib, ilk rəsmi görüşdən böyük məmnunluq duyduğunu qeyd edib. O, gələcəkdə iki qurum arasında təcrübə mübadiləsinin aparılması, birgə təlim və seminarların təşkil edilməsinə ümid etdiyini dilə gətirib.
Görüş zamanı Sumqayıt Regional Vəkil Bürosu ilə Eskişehir Barosunun qardaşlaşmış büro elan edilməsi təklifi irəli sürülüb. Sədr Anar Bağırov bu təşəbbüsü yüksək qiymətləndirərək qarşılıqlı əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb.
Sonda görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 04 Noyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















