Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Vüqar Rəhimzadə: Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir

Vüqar Rəhimzadə: Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərdə dövrün aktual məsələləri ətrafında  geniş müzakirələr aparıldı
Bu gün 55-ci  Dünya İqtisadi Forumu öz işini  başa çatdırır. Yanvarın 20-dən “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında işə başlayan Forum  qlobal çağırışları müzakirə edib ortaq mövqeyin ortaya qoyulması, səylərin birləşdirilməsi üçün 350 hökumət nümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkəni bir araya gətirdi. Ümumilikdə Davos İqtisadi Forumunun iqtisadi xarakter daşıdığını nəzərə alsaq bu mötəbər beynəlxalq tədbirin hər bir ölkənin iqtisadi imkanlarının təqdimatında, dövrün çağırışlarına cavab tapılmasında bu platformanın müstəsna əhəmiyyət kəsb etdiyini görərik. Azərbaycan 55-ci Davos İqtisadi Forumunda da növbəti dəfə dünyanın diqqətində oldu. Dövlət başçısı İlham Əliyevin Forumun ilk günündə CGTN (China Global Television Network) telekanalına müsahibəsi, qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlər də bütün bunların bariz nümunəsidir. Prezident İlham Əliyev qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi hər bir görüşdə Azərbaycan həqiqətlərindən,  ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal enerji  və nəqliyyat layihələrindən geniş bəhs edərək dünyanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin artan rolunu əsaslı şəkildə diqqətə çatdırdı.
Forum  çərçivəsində “COP30-a gedən yol” mövzusunda panel müzakirələrin aparılması da səbəbsiz deyildi. Dünyaya səs salan, eyni zamanda, ötən ilin noyabr ayında Azərbaycanı iki həftə dünyanın ekoloji mərkəzinə çevirən COP29 iqlim konfrasının nəticələri bu gün də müzakirə edilməkdə, bu debatlar zamanı uğurlu nəticələrin əldə edilməsində Azərbaycanın liderliyi  önə çəkilməkdədir. Bakı nailiyyəti iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Şübhəsiz, Bakı iqlim konfransında əldə olunan uğurlu nəticələr bundan sonra COP tədbirləri üçün stimul olacaq. Panel müzakirələrdə Azərbaycanın malik olduğu enerji resurslarından, onlardan səmərəli istifadə etmək üçün  həyata keçirilən və hazırda icrası davam etdirilən  enerji layihələrindən, ölkəmizin Avropa ilə Asiya arasında körpü rolunu oynamasından, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələrdən geniş bəhs edildi.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın 2013-cü ildə Dünya İqtisadi Forumuna ev sahibliyi etməsi özündə bütün məqamları ehtiva etdi. Bu, ilk növbədə, Azərbaycan-Dünya İqtisadi Forumu əlaqələrinin yüksələn xətlə inkişafını nümayiş etdirdi. Digər tərəfdən isə Azərbaycan dayanıqlı iqtisadi inkişaf modeli ilə daim dünyanın diqqətində olub və son vaxtlar bu istiqamətdə ölkəmizə maraq daha da artıb. Ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurması beynəlxalq maliyyə qurulmlarının, o cümlədən Davos İqtisadi Forumunun hesabatlarında liderliyini qorumasını şərtləndirir. Azərbaycanın yüksək rəqabətqabilyyətli iqtisadiyyata malik olması  sözügedən  Forumun hesabatlarında da təqdir edilir.
Vüqar Rəhimzadə qeyd edib ki, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab Forumun 2013-cü ildə  Azərbaycanda keçirilməsini belə xarakterizə etmişdi ki,  Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Azərbaycanda çox böyük iqtisadi artım göstəriciləri qeydə alınır.  Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində də çox qabaqcıl ölkədir.
Təbii ki, Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. İndiyədək ölkə iqtisadiyyatına 310 milyard dollar investisiyanın yatırılması uğurlu iqtisadi siyasətimizin  nəticəsidir. Bu vəsaitin 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Cənab İlham Əliyev  Prezident kimi fəaliyyətə başlayanda 2003-cü ildə ilk dəfə bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji resurslarından asılılıq minimuma endirilməlidir. Bu gün həmin çağırışın artıq reallıqda öz əksini tapdığını görürük.
Milli Məclisin deputatı bildirib ki, hər il İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun ənənəvi olaraq keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin reallaşması yollarını müzakirə etməkdir.  İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu platforma dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərində dövrün aktual məsələləri ətrafında  geniş müzakirələr aparıldı. Forum hər il dövrün çağırışlarına uğyun mövzu ətrafında  müzakirələrin aparılmasına imkanlar yaradır. Ötən il “Etibarın bərpası”na çağırış edən Davos İqtisadi Forumu bu il “Ağıllı əsr üçün əməkdaşlıq” imkanlarından maksimum istifadə edərək səylərin birləşdirilməsini bir tələb kimi qarşıya qoydu. Təbii ki, birgə səylərin göstərilməsi, təcrübə mübadiləsinin  aparılması ilə istənilən hədəfə yüksək səviyyədə nail olmaq mümkündür.
Vüqar Rəhimzadə qeyd edib ki, hər il ənənəvi keçirilən Dünya İqtisadi Forumu hesabat xarakteri daşıyır. Ötən bir ildə iştirakçı ölkələrin iqtisadi, siyasi həyatında hansı  yeniliklərin baş verdiyi təhlil edilir və hədəflər müəyyənləşdirilir. Forumun mövzusu həmin hədəflər üçün yol xəritəsidir. Azərbaycan hər zaman əməkdaşlığın tərəfdarıdır. Bu əməkdaşlıq qarşılıqlı hörmətə və etimada əsaslandıqda  daha uzunömürlü olur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Yanvar 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see381

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see206

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see188

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see171

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri