Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Qərb Gürcüstanda “rəngli inqilab” ssenarisi həyata keçirməyə cəhd edir

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda “rəngli inqilab” ssenarisi həyata keçirməyə cəhd edir

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Dünyada, o cümlədən bizim regionumuzda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi bütün dövrlərdə əsas çağırışlardan olsa da Qərbin müxtəlif adlar altında bu və ya digər dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri vəziyyəti gərginləşdirir, yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur. Azərbaycanın qonşusu və yaxın dostu Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti aydın göstərir ki, Qərb bu Cənubi Qafqaz ölkəsində “rəngli inqilab” ssenarisi planlaşdırıb və onu nəyin bahasına olursa-olsun həyata keçirməyə çalışır. İnqilabın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeyilli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır.
Beynəlxalq hüququn normalarına əsasən ölkələrin daxili işlərinə müdaxilələr yolverilməz olduğu halda Qərbin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq bu istiqamətdə addımlar atmaqda davam etməsi müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Görəsən, bəzi dünya gücləri maraqlarını ədalət və beynəlxalq hüquq prinsiplərindən öndə saxlamaqla bu günədək yaratdıqları gərginliklərin, münaqişə ocaqlarının fərqindədirlərmi? Hər zaman bu çağırış səsləndirilir ki, dünya güclərinin ikili standartlara əsaslanan siyasətinə son qoyulmayanadək vəziyyətin bu şəkildə davam etməsi qaçılmazdır. Hazırda regionda gərginliyin yaradılmasına yönələn addımlar da özündə mühüm məqamları və çağırışları ehtiva edir. Belə ki, Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari 2004-cü ildə postsovet məkanında, o cümlədən Ukrayna və Gürcüstanda reallaşdırılmış “rəngli inqilab”ların, habelə 2014-cü ildə Ukraynada baş vermiş inqilabın yenidən özünəməxsus formada təkrarının təsdiqidir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
O qeyd edib ki, Gürcüstan seçicilərinin böyük əksəriyyətinin “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasına səs verməsi Qərbin planlarını alt-üst etdi. Artıq o vaxtdan ölkədə vəziyyət daha da gərginləşməyə bağlayıb. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının seçkilərdə qalib gəlməsi xarici dairələrlə yanaşı, Gürcüstandakı daxili antimilli qüvvələri də məyus etdi. Seçkilərdən öncəki vəziyyətə diqqət yetirdikdə bugünkü cəhdlərin əsasında hansı məqsədin dayandığını aydın görmək mümkündür. Avropa İttifaqı və digər Qərb təsisatları Gürcüstanda parlament seçkiləri ərəfəsində iğtişaşlar üçün zəmin hazırlıqlarına başladılar. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə müzakirəsindən sonra məğlubiyyətə uğrayacaqlarını bilən xarici dairələr Tbilisinin küçələrində davamlı etiraz aksiyaları təşkil etməklə niyyətlərinə çata biləcəklərini düşünürdülər. Lakin səsvermə prosesində “Gürcü Arzusu”nu dəstəkləməklə birlik nümayiş etdirən xalq istəyinə nail oldu. Qərbin məqsədi idarə etdiyi Ermənistandan sonra Gürcüstanda da öz maraqlarına uyğun oyuncaq hökumət formalaşdırmaq, Cənubi Qafqazı Qərb-Rusiya qarşıdurması məkanına çevirmək idi. Amma bu çirkin plan baş tutmadı. Parlament seçkilərinin seçicilərin istəyinə uyğun nəticələnməsində dost gürcü xalqının yanında olduğunu bildirən Azərbaycan Qərbə birmənalı olaraq göstərdi ki, onun regionda heç bir inqilab ssenarisi baş tutmayacaq. “Gürcü Arzusu”nun qələbəsi Gürcüstan hakimiyyətinin son illər Qərb şəbəkəsini ifşa etmək istiqamətində göstərdiyi qətiyyətin, atdığı inamlı addımların uğurlu nəticəsi idi. Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi, Gürcüstan hökuməti son vaxtlar Qərbin təzyiq vasitələrinin təsirini minimuma endirmək üçün addımlar atmağa başladı və bu səylər artıq müəyyən uğurlara gətirib çıxarıb. Parlamentin “Xarici təsirin şəffaflığı haqqında” Qanunu qəbul etməsi, cinsi azlıqların fəaliyyətini məhdudlaşdıran normativ-hüquqi aktların tətbiqi, habelə hökumətin ölkənin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verməsi Gürcüstan hakimiyyətinin bu təhlükəni gördüyünü və əks tədbirlər reallaşdırdığını nümayiş etdirir.
V.Rəhimzadənin sözlərinə görə, artıq yayılmış məlumatlar da təsdiq edir ki, Qərb Ukraynanın parçalanması ssenarisini gerçəkləşdirir. Neçə illərdir Ukrayna xalqına Qərb mərkəzlərinin verdiyi vədlər yerinə yetirilmir, ölkə sözün əsl mənasında həm iqtisadi, həm də insan resursları baxımından fəlakətli vəziyyətlə üzləşib. Qərb ümumilikdə hibrid müharibələr vasitəsilə postsovet məkanında ayrı-ayrı ölkələrin müqəddəratı, milyonlarla insanın canı və qanı bahasına qaynar nöqtələr yaratmaq planını gerçəkləşdirməyə çalışır. Eyni ssenarinin qarşıdan gələn dövrdə parlament seçkiləri keçiriləcək Serbiyada da təkrarlanması gözlənilir.
Deputat bildirib ki, hazırda Qərbin nəzarətində olan siyasi partiyaların, medianın, QHT-lərin, diplomatların Gürcüstanda sabitliyi pozmaq xəttini tutduğu aydın görünür. Gürcü xalqı Qərbin və onun təəssübkeşlərinin əsl niyyətinin nədən ibarət olduğunu yaxşı anlayır və buna ciddi müqavimət göstərir. Gürcülər yaxşı bilirlər ki, xarici təsirlərin sarsıdıcı nəticələrindən sığortalanmağın yeganə yolu regional birlikdən, xüsusilə Azərbaycanla əlaqələri daha da gücləndirməkdən keçir. Azərbaycan və gürcü xalqları bir yerdə olduqca və eyni hədəfə doğru irəlilədikcə regionu qeyri-sabitlik məkanına çevirmək cəhdləri heç bir nəticə verməyəcək. Dövlətimizin başçısı İlham Əliyevin “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!” çağırışı regionda gərginlik yaratmağa cəhd edən Qərb dairələrinə ciddi mesajdır.
V.Rəhimzadə bildirib ki, region dövlətləri arasında yalnız Ermənistan xarici dəstəkçilərinin çaldığı hava ilə oynayır və onların maraqlarının icraçısı olmaqdan geri çəkilmək istəmir. Bu gün də Qərbin dəstəyi ilə silahlanan Ermənistan özünün fəlakətli sonluğuna doğru irəliləməkdə davam edir. Qərbin Gürcüstan ssenarisinin pozulması Ermənistan hakimiyyətinin ümidlərini sarsıtdı. Ermənilər Qərbin Ukrayna ilə bağlı planının da baş tutacağını düşünür, Ermənistan hakimiyyəti planlarını bu istəyindən çıxış edərək qururdu. Ancaq son dövrlər Rusiya-Ukrayna cəbhəsində müşahidə olunan proseslər ermənilərin bu arzusunun da puça çıxdığını göstərir.
Deputat belə bir ümumiləşdirmə aparıb ki, Azərbaycan tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi ilə regionda, eyni zamanda, dünya siyasətində yeni reallıqlar yaradıb. Bu reallıqlar dünyaya sülh, təhlükəsizlik, ən əsası ədalət və beynəlxalq hüquq prinsiplərinə hörmət etmək çağırışıdır. Bəzi dünya gücləri bu prinsiplərin maraqlarının arxasında dayanmasının hansı problemlərə yol açdığının fərqində olmalıdır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri