Icma.az
close
up
RU
Vüsal Aslanov: Bakı metrosunda geri dönüş tunelləri tikiləcək

Vüsal Aslanov: Bakı metrosunda geri dönüş tunelləri tikiləcək

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bakı metrosunda "İçərişəhər" və "Xətai" stansiyalarında geri dönüş tunelləri tikiləcək".

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov deyib.

O qeyd edib ki, qatarlararası intervalı saxlamaq və qatarın son stansiyaya çatıb dərhal geri qayıtması üçün texniki fasilə lazımdır.

"Bu fasilə nə qədər qısa olarsa, interval bir o qədər limitlənmiş olur. İntervalın azaldılması üçün növbəti tədbirimiz dayanıqlı elektrik gərginliyinin təmin olunmasıdır. Hazırda yeni nəsil vaqonlardan istifadə edirik. Onların enerji sərfiyyatı isə köhnə nəsil vaqonlardan daha çoxdur. Bir fider zonasında (feeder zone - qidalandırıcı zona - red.) olan qatarların sayını artırmaq üçün artıq elektrik təsərrüfatımızda auditə başlamışıq. Həmin auditin nəticəsində əlavə gücləndirmə tədbirləri icra edəcəyik ki, bir fider zonasında intervallar qısa olduğu zaman digər fider zonasında daha çox qatarın hərəkət etməsini təmin edə bilək.

Bu həllər yaxın gələcəkdə növbəli qaydada icra olunacaq və hər məsələ həll olunduqca qatarların intervalında müəyyən qısalmaları hiss edəcəyik", - deyə metropoliten rəhbəri bildirib.

Onun sözlərinə görə, bütövlükdə bu tədbirlər ilyarım, iki il ərzində davam edəcək və nəhayət, sonda bütün xətt boyunca intervalları iki dəqiqəyə kimi sala biləcəklər.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Yanvar 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri