Icma.az
close
up
RU
Vyanada oğurlandı, Türkiyədə tapıldı Dəyəri 450 min lirədir

Vyanada oğurlandı, Türkiyədə tapıldı Dəyəri 450 min lirədir

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Almaniya vətəndaşı Maykl K.-nın 2023-cü ildə Avstriyanın paytaxtı Vyanada qolundan oğurlanan "Rolex" markalı saatı Türkiyədə üzə çıxıb.
Demokrat.az
xəbər verir ki, hadisə 28 yanvar 2023-cü ildə baş verib. Maykl K.-nın təxminən 7 990 avro (450 min TL) dəyərində olan “Rolex Oyster Perpetual Datejust 41” saatı oğurlanıb. O, dərhal Vyana polisinə müraciət edib və saat oğurlanmış əşya kimi qeydə alınıb. Daha sonra "Rolex"in müştəri xidmətlərinə məlumat verərək saatın çalıntı kimi sistemə salınmasını təmin edib.
Bir müddət sonra "Rolex" şirkəti Maykl K.-ya müraciət edərək saatın Türkiyədə, İstanbulda "Zorlu Center"də yerləşən rəsmi "Rolex" nümayəndəliyi və texniki servisində aşkarlandığını bildirib.
Maykl K. saatın ona qaytarılması üçün Türkiyədəki şirkətlə əlaqə saxlayıb. Lakin saatın geri verilməməsi səbəbindən məsələ məhkəməyə çıxarılıb.
İstanbul İlkin Hüquq Məhkəməsinə təqdim edilən iddiada saatın kim tərəfindən və nə vaxt servisə gətirildiyinin araşdırılması tələb olunub. Həmçinin servis, müştəri qəbulu, təhvil, kamera və digər əməliyyat qeydlərinin incələnməsi istənilib.
İddiaçı tərəf saatın özünə məxsus olduğunu satış qəbzi və seriya nömrəsi ilə təsdiqlədiyini, həmçinin Avstriya polisinin oğurluq qeydi və "Rolex"in çalıntı saat bazasındakı məlumatları məhkəməyə təqdim etdiyini bildirib.
Məhkəmədən saatın üçüncü şəxslərə satılmasının və ya başqa şəkildə gizlədilməsinin qarşısını almaq üçün təminat tədbiri görülməsi də tələb olunub. Saat artıq şirkətin əlində deyilsə, 7 990 avro məbləğində zərərin faizlərlə birlikdə ödənilməsi istənilib.
Məlumata görə, oğurlanmış lüks saatların müəyyən edilməsində əsas vasitələrdən biri seriya nömrəsidir. Saat rəsmi servisə daxil olduqda həmin nömrə yoxlanılır və çalıntı kimi qeydə alınıbsa, sistemdə uyğunluq aşkarlanır. Bu işdə də saatın "Rolex"in mərkəzi sistemindəki çalıntı qeydi ilə müəyyən edildiyi bildirilir.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Avqust 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri