Icma.az
close
up
RU
X Paris Arbitraj Həftəsində Azərbaycan Ermənistan mübahisələri müzakirə olunub

X Paris Arbitraj Həftəsində Azərbaycan Ermənistan mübahisələri müzakirə olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paris, 27 mart, AZƏRTAC

X Paris Arbitraj Həftəsi çərçivəsində mürəkkəb mübahisələrin həllində dövlətlərarası arbitrajın artan rolu və Azərbaycan-Ermənistan işinin hüquqi əhəmiyyətinə dair panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Arbitraj Assosiasiyasının prezidenti və Türk Arbitraj Assosiasiyasının həmsədri professor Kəmalə Mehdiyeva panel iclasda dövlətlərarası arbitrajın mürəkkəb mübahisələrin həllində rolu barədə geniş müzakirə aparıb. Konfransın əsas məqsədi Azərbaycanın Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsi (PCA) qarşısında başladığı presedentsiz icraatların hüquqi və praktiki aspektlərini təhlil etmək olub. Bu işlər Bern Konvensiyası və “Energy Charter Treaty” çərçivəsində aparılır və ekoloji öhdəliklər, enerji resurslarına çıxış, eləcə də münaqişədən sonrakı dövrdə arbitraj mexanizmlərinin tətbiqi ilə bağlı yeni hüquqi suallar doğurur. Panel iştirakçıları bu PCA işlərinin dövlətlərarası mübahisələrin həllində əhəmiyyəti, regional və qlobal kontekstdə arbitrajın daha geniş təsirləri, həmçinin bu icraatlar irəlilədikcə mümkün inkişaflar və hüquqi arqumentlər barədə fikirlərini bölüşmüşlər.

Panel iclasda Mois Maqan Mbenqe (Cenevrə Universiteti), professor Kamalə Mehdiyeva (Azərbaycan Arbitraj Assosiasiyasının prezidenti, Jan-Mark Tuvenin (Paris Nanter Universiteti və Haaqa Beynəlxalq Hüquq Akademiyasının Baş katibi), Sarqis Qriqoryan (hüquqşünas, Nyu-York) və Noah Rubins (Freşfayld şirkətinin tərəfdaşı) kimi tanınmış şəxslər çıxış ediblər.

Müxtəlif ölkələrdən 120 nümayəndənin iştirak etdiyi tədbirdə Kamalə Mehdiyeva Azərbaycan-Ermənistan işlərinin əlamətdar xarakter daşıdığını və beynəlxalq hüquq baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu əhəmiyyət iki istiqamətdə özünü göstərir. Birincisi, bu, Bern Konvensiyası əsasında vəhşi təbiətin və təbii yaşayış mühitinin qorunması ilə bağlı iddiaların qaldırıldığı ilk məhkəmə işidir. İkincisi, bu proseslər sübut edir ki, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə bağlı öhdəliklər dövlətlər üçün məcburi xarakter daşıyır və hətta işğal dövründə belə, biomüxtəlifliyin qorunmasına yönəlmiş effektiv hüquqi mexanizmlər mövcuddur.

Panel çərçivəsində, həmçinin dövlətlər arasında mümkün sülh müqaviləsi perspektivləri və digər beynəlxalq arbitraj nümunələri də müzakirə olunub. Konfrans mürəkkəb mübahisələrin həllində dövlətlərarası arbitrajın artan rolunu bir daha ön plana çıxarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Mart 2026 06:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri