Icma.az
close
up
RU
Xaçmazda 44 yaşlı kişi qonşusunu bıçaqladı

Xaçmazda 44 yaşlı kişi qonşusunu bıçaqladı

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Xaçmaz rayonunda qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin mayın 14-də rayonun kəndlərindən birinin ərazisində baş verib. 
Kənd sakini, 1981-ci il təvəllüdlü Ramal həmin gün saat 19 radələrində həmkəndlisi Tahirin (adlar şərtidir – red.) otardığı xırdabuynuzlu heyvanlarının ona məxsus torpaq sahəsinə girməsini görüb. Buna görə həmkəndlisinə iradını bildirdikdən sonra aralarında mübahisə yaranıb. Münaqişə zamanı həmin torpaq sahəsində üzərində saxladığı cib bıçağını çıxarıb və zərərçəkmiş şəxsə qəsdən iki dəfə zərbə vurub. 
Hadisəni törədən Ramalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs qismində ifadə verən Ramal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi tanıyır, onunla düşmənçiliyi və ya ədavəti olmayıb: “Mayın 14-də, saat 18 radələrində özümə məxsus
bağ sahəsindən yaşadığım evə gəldim. Bu zaman Tahirin yaşadığı evin qarşısında çəpərlədiyim əraziyə özünə məxsus xırdabuynuzlu heyvanları salmasını ordumm. Bundan öncə də onun dəfələrlə özünə məxsus xırdabuynuzlu heyvanları həmin yerə salmışdı. Tahirə bunu etməməsini bildirdim. Yaxınlaşaraq heyvanlarını nə üçün yenidən sahəmə saldığını soruşdum. Tahir həmin vaxt sərxoş vəziyyətdə olub və cavabında mənə həyətyanı sahəyə qapı qoymağımı bildirdi. Tahirə dəfələrlə xahiş etdiyimi, heyvanları mənə məxsus əraziyə salmamasını bildirdiyimi dedim. Bu mövzuda aramızda mübahisə başladı. Həmin vaxt Tahir mənim yaxamdan tutdu. Düşündüm ki, məni vurmaq istəyir. Bu səbəbdən onu əlim ilə itələdim. Tahir içkili olduğu üçün yerə yıxıldı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra üzərində olan bağ işlərində istifadə etdiyi qatlanan cib bıçağını çıxarıb və qorxuzmaq məqsədilə iki dəfə bıçağın uc tərəfi ilə Tahirin sol çiyin, kürək nahiyəsinə asta zərbə ilə vurub: “Tahiri vuraraq kənara çəkildim və bir daha sahəmə heyvan salmamasını deyərək evə getdim. Həmin vaxt Tahir də heyvanlarını götürərək oradan uzaqlaşdı. Hadisəyə kənar şəxslər şahid olmayıb. Orada yalnız ikimiz olmuşuq. Zərərçəkmiş şəxs mütəmadi olaraq öz heyvanlarını mənə məxsus əraziyə saldığı üçün bıçaqla asta zərbə ilə çiyin nahiyəsinə vurmuşam”. 
Bu cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin ona qarşı şikayətinin geri götürməsini nəzərə alıb. 
Bu səbəbdən Ramalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Avqust 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri