Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Bu gün opera müğənnisi, xalq artisti Fidan Qasımovanın ad günüdür.
AZXEBER.COM xəbər verir ki, ifaçı 78 yaşını qeyd edir.
Fidan Qasımova 1947-ci ildə Bakıda dünyaya gəlib. Valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev və Bakı musiqi elitasının digər nümayəndələri tez-tez bu ailənin evində olublar.
Bülbül adına musiqi məktəbini bitirdikdən sonra F.Qasımova 1966-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, eyni vaxtda iki ixtisas - skripka və vokal üzrə təhsil alıb.
1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıdıb, həmin vaxtdan M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb.
Heydər Əliyev tərəfindən "Şöhrət” (1997) ordeninə, prezident İlham Əliyevin sərəncamı ilə "Şərəf” ordeninə (2010) layiq görülüb.
F.Qasımovanın 2008-ci ildə "Besame mucho” adlı albomu buraxılıb. "Eta Production” studiyasında yazılmış disk ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr olunub. Böyük sənətkarın adı "Dünyanın 100 qadını” kitabına salınıb.
Müğənni Xuraman Qasımovanın bacısıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 17 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















