Xalq artistinin ən böyük arzusu
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Xalq artisti Teyyub Aslanov ən böyük arzusundan danışıb.
Milli.Az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi uşaqlıqdan neft mühəndisi olmaq istədiyini bildirib:
"Orta məktəbdə oxuyanda ən böyük arzum neft mühəndisi olmaq idi. Rəhmətlik atam da çox yaxşı neft mühəndisi idi. İki il neft sahəsində çalışmışam. Amma uşaq vaxtımdan musiqi ilə məşğul olurdum. 5 yaşımda atam mənə qaval almışdı. Həmin dövrün məşhur mahnılarını oxuyurdum. Qavalda da öz bildiyim kimi çalırdım.
7 yaşımda məni imtahan etdilər və dedilər ki, bu uşağın yaxşı istedadı var. Sonra nağara sinfinə getdim və oranı bitirdim. Daha sonra evdə qarmon var idi, onu da özüm ifa etməyi öyrəndim.
Bundan əlavə, şahmatla da məşğul olmuşdum, birinci dərəcəm var idi. O dövrdə tanınmış azərbaycanlı şahmatçıların hamısı ilə oynamışam. Hətta futbola da getmişəm". (Axşam.az)
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 21 May 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















