Icma.az
close
up
RU
Xalq artistinin İrəvanda səslənən mahnısı: “Çünki o bəstədə həmin sözlərə ehtiyac vardı”

Xalq artistinin İrəvanda səslənən mahnısı: “Çünki o bəstədə həmin sözlərə ehtiyac vardı”

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Hərdən mənə zəng edirlər ki, mahnılarımın müəllifi kimdir? Mən onları 48 il əvvəl oxumuşam, indi yadınıza düşüb müəllifini axtarmaq?! “Sən oldun” mahnısı da əsl Azərbaycan ruhunda, 6-8 ritmində oxunub. Amma fars, yunan, erməni və s. dillərdə də ifa edilib. Çıxsınlar onların qabağına, müəllif hüquqlarını tələb etsinlər...”

Bunu “Yeni Sabah”a Xalq artisti Ağadadaş Ağayev bildirib

Xatırladaq ki, iyunun 5-də İrəvanın Respublika Meydanında Ağadadaş Ağayevin ifa etdiyi “Sevirəm de” mahnısı səslənib. Hakim Vətəndaş Müqaviləsi Partiyasının keçirilən son təbliğat mitinqində mahnının sözlərinə Ermənistan Baş naziri Nikol Paşinyanın adı əlavə olunub. Toyuqlu pizza

“Nikol, Nikol, Hayastan” sözlərinin işləndiyi ifanın videosu sosial şəbəkələrdə viral olub.

Xalq artisti Ağadadaş Ağayev həmin görüntüləri şəxsən görmədiyini bildirib:

“Məndən sonra “Sevirəm de” mahnısını Nəsibə Abdullayeva, Qədir Məmmədov kimi ifaçılar oxuyub. Üstündən illər keçəndən sonra həmin mahnını 18 yaşlı erməni xanım ifa etdi və iddia qaldırdı ki, mahnı ona məxsusdur. Necə olur ki, 48 yaşlı mahnı 18 yaşlı birinə aid olur?! Heç bunu araşdıran yoxdur!

Bu günə qədər dönə-dönə iddialara cavab verməmişəm. Tarix yaşayır və mən həmin səhifədən işıq kimi nur saçıram. Hər kəsin önünə də çıxmağa hazıram”.

İfaçı qeyd edib ki, “Dodağına gülüş qonub” mahnısı da şəxsən özünə aiddir:

“Həmin mahnında olan “Təki mənə bircə kəlmə sevirəm de” sətrini Ayaz Vəfalını şeirindən götürmüşəm. Bunu da şəxsən özünə bildirmişəm. O da mahnıya qulaq asıb və mənə deyib ki, həmin o bir sətir halal xoşun olsun. Çünki o mahnıda həmin o sözlərə ehtiyac vardı. O da sağ olsun bunu normal qarşıladı. Bu gün fəxrlə deyə bilərəm ki, həmin mahnı mənim pasportumdur. Siz kimsiniz ki, bunu əlimdən alasınız?!

Düşmənə xidmət edən bəzi şəxslər müxtəlif variantlarla məni ləkələməyə çalışırlar. Amma bildirmək istəyirəm ki, ermənilərdə o ritm və ruh yoxdur. Biri çıxsın desin ki, 48 ildir yalan danışırsan. Kimin dərdi varsa, buyursun, müəllif hüquqlarını qoysun ortaya. Hər kəs bilir ki, bu mahnılar mənimdir. Başqa dildə oxuyanlara da çox hörmətsiz yanaşıram”.

A.Ağayev “Sən oldun” mahnısı da özünə məxsus olduğunu və sözlərini şair Baba Vəziroğlunun yazdığını deyib:

“Mövzunu özüm vermişəm və bildirmişəm ki, bu formada yaz. Kişidir çox vaxt çöldə bayırda olur, evə gec gələndə də qadın ona əsəbləşir. Bu mahnı bir növ kişinin üzrünü xanımına çatdırır. Həmin mahnının da “YouTube”da 18 milyon izləyicisi var. Düşünürəm ki, bu mahnı hər kəsin qanına yeriyib. Yeriməsəydi, oxumazdılar.

Sovet dönəmində Nəsibə Abdullayeva mahnılarımı ifa edəndə bildirmişdilər ki, müəllifin adını çəkmə, amma o, mənim adımı çəkmişdi. Mən bütün bunları aşmış adamam. Ömrümü bəzəyən mahnılarımın sayı hesabı yoxdur. Nə oxumuşamsa tutub.

Bu mahnıların da başqasına aid olduğunu iddia edənlər önümə çıxsınlar. Mən də onların hara xidmət etdiklərini araşdırım, öyrənim. Ondan sonra yaxalarını buraxsam, şərəfsizəm. Kişilikləri varsa, qabağıma çıxsınlar. İndi isə gedib hər kəs mənim mahnılarımı ifa edənlərin ən azından yaşını araşdırsın və görsün ki, bu mahnını 48 il əvvəl oxunubsa, necə 20, 21 yaşlı gənclərə aid ola bilər?”.

Qeyd edək ki, 2 il əvvəl Xalq artisti Ağadadaş Ağayevin erməni müğənnisi Armen Aloyanın “Dodağına gülüş qonub” və “Sevirəm de” mahnılarını oğurladığını bildirmişdi.

Aydan Hacı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyun 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri