Xalq artistinin səhhətində problem yarandı Xəstəxanaya yerləşdirildi
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb. Aktyor bu gün səhər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Şeyx Əbdül Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib:
"Bir neçə xəstəliklə mübarizə aparıram. Xəstəliyim qarışıq mallar mağazası kimidir, mədə-bağırsaq, göz, bronxlar və s. hamısı bir-birinə qarışıb. Hələ ki, müayinələr aparılır. Həkimlər yekun rəyi müayinələrdən sonra açıqlayacaq. Qocalıq xəstəlikləridir, orqanizm artıq çökür".
Xatırladaq ki, bir müddət əvvəl Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranmışdı. Özəl xəstəxanaların birinə yerləşdirilən aktyor əməliyyat olunmuşdu.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:Xalq artistinin səhhətində problem yarandı
05 Dekabr 2024 15:52
Baxış sayı:44
Bu xəbər 29 Sentyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















