Xameneinin oğlu bu ölkəyə qaçmağa çalışır? “İrandan oraya 1.5 milyard dollar köçürüblər”
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Ali Lideri Seyid Əli Xamenei və onun ətrafındakılar son iki gündə Dubaya 1,5 milyard dollar köçürüblər.
“AzPolitika” xəbər verir ki, İsrailin "Channel 14" televiziya kanalı belə bir iddia ilə çıxış edib.
Məlumata görə, Əli Xameneinin oğlu Müctəba Xamenei də daxil olmaqla, İslam Respublikasının yüksək vəzifəli şəxsləri son iki gündə Birləşmiş Ərəb Əmirliklərinə - Dubaydakı depozit hesablarına 1,5 milyard dollar köçürüblər.
Pentaqon müşaviri polkovnik Duqlas MakQreqor da iddia edib ki, Xameneinin oğlu Dubayda sığınacaq axtarır.
Bütün bunlar İranda davam edən etirazlar və iğtişaşlar fonunda baş verir. Ölkədə son günlərdə ölən və yaralananların sayının minlərlə olduğuna dair məlumatlar yayılır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 15 Yanvar 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















