Suraxanı, Zabrat və Buzovnada yolları su basdı: Aidiyyəti qurum məsələyə AYDINLIQ GƏTİRDİ
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxta yağan intensiv yağışlar bir çox ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Oxu.Az xəbər verir ki, yağıntılar nəticəsində bəzi küçə və yolları su basıb, hərəkət qismən və ya tamamilə məhdudlaşıb.
Suraxanı rayonunda, eləcə də Sabunçu rayonunun Buzovna, Bilgəh və Zabrat qəsəbələrindəki bir sıra küçələrdə vəziyyət daha acınacaqlı olub. Adıçəkilən ərazilərdə yaşayan sakinlərin yaydıqları videogörüntülərdə yağış sularının yol infrastrukturu üçün ciddi problem yaratdığı əks olunur.
Suraxanı, Zabrat və Buzovnada yolları su basdı: Aidiyyəti qurum məsələyə AYDINLIQ GƏTİRDİ
Sakinlər mövcud vəziyyətdən narazılıqlarını bildirərək, aidiyyəti qurumların qabaqlayıcı tədbirləri vaxtında görmədiyini və problemin aradan qaldırılması üçün zəruri işlərin aparılmadığını iddia ediblər.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə Dövlət Proqramı təsdiq edilib.
"Məlum olduğu kimi hazırda tullantı su təchizatı xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Bakı şəhəri və Abşeron rayonunun müəyyən ərazilərində Xidmətin mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Eyni zamanda, Bakı şəhərində mövcud su təchizatı və kanalizasiya sistemlərinin böyük əksəriyyəti 1980-ci illərin sonunadək layihələndirilib və həmin dövrdən bu günədək yaşayış məntəqələrinin ərazisi 2.6 dəfə, əhalinin sayı isə 2.1 dəfə artıb.
Müəyyən magistral xətlərin istismar müddəti başa çatıb, mövcud nəzarət və idarəetmə sistemləri isə müasir standartlara cavab vermir. Nəzərə alsaq ki, bu xətlərin istismar müddəti orta hesabla 40-50 il təşkil edir, hazırda onların əksəriyyətinin istismar müddəti artıq başa çatıb. Bundan əlavə, bir çox yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması sistemlərdə əlavə yüklənmələr yaradır ki, bu da xüsusilə intensiv yağıntılar zamanı subasma hallarının artmasına səbəb olur.
Mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə 12 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib. Proqram çərçivəsində su mənbələrinin dayanıqlığının təmin edilməsi, suyun mənbədən götürülməsi, emalı, nəqli, saxlanılması və paylanması proseslərinin optimallaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi, paylayıcı şəbəkələrdə itkilərin minimuma endirilməsi, su uçotunun tam və müasir tələblərə uyğun şəkildə qurulması, yağış və tullantı suları sistemlərinin yenilənməsi və infrastruktur təminatı, eləcə də yağıntılar zamanı təchizat sistemi olmayan ərazilərdə subasma hallarının qarşısının alınması proqramın əsas hədəflərini təşkil edir.
Dövlət Proqramının icrası hazırda yağıntılar zamanı subasma halları müşahidə olunan Zabrat, Buzovna, Suraxanı və digər yaşayış məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorların və nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılış qabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə bu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 15 Yanvar 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















