Icma.az
close
up
RU
“Xankəndi” meydana “Barselona” forması ilə çıxıb “Şəmkir”də açıqlama

“Xankəndi” meydana “Barselona” forması ilə çıxıb “Şəmkir”də açıqlama

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Xankəndi” meydana “Barselona” forması ilə çıxıb - “Şəmkir”də açıqlama

Xəbər verdiyimiz kimi, 2-ci Liqanın 17-ci turunun “Şəmkir” - “Xankəndi” görüşü baş tutmayıb. Buna səbəb komandaların formalarının rənglərinin oxşar olması olub. Peşəkar Futbol Liqası yaydığı açıqlamada buna görı “Şəmkir” klubunun məsuliyyət daşığını açıqlayıb.

QOL.az xəbər verir ki, hadisə ilə əlaqədar “Şəmkir” PFL rəhbərliyinə müraciət ünvanlayıb.

Qeyd edilib ki, meydan sahibi olan “Şəmkir” PFK-nın futbolçuları və məşqçi heyəti bütün qaydalara uyğun şəkildə, nəzərdə tutulan vaxtda – saat 15:00-da meydançaya daxil olub və oyunun başlanmasını gözləyib: “Buna baxmayaraq, rəqib komanda “Xankəndi” FK forma uyğunsuzluğu səbəbindən oyuna başlaya bilməyib. “Şəmkir” komandası idman etikası və qaydalar çərçivəsində 45 dəqiqə müddətində meydançada rəqibini gözləyin. Lakin problem aradan qaldırılmayıb.

Daha sonra isə təxminən 1 saat 30 dəqiqə keçdikdən sonra qonaq komanda üzərində nömrələr olmayan formalarla meydana çıxmağa cəhd edib. Həmin formaların "Barselona" klubunun dizaynına bənzər olduğu, lakin futbolçuların arxa hissəsində nömrələrin olmadığı qeyd olunub.
Məlum olduğu kimi, futbol qaydalarına və yarışın əsasnaməsinə əsasən hər bir futbolçunun formasının arxa hissəsində aydın görünən nömrə olmalıdır. Bu tələb oyun zamanı hakimlərin epizodları düzgün qeyd etməsi üçün zəruridir. Belə ki, vurulan qollar, göstərilən sarı və qırmızı vərəqələr, eləcə də digər oyun epizodları rəsmi protokolda məhz futbolçuların nömrələri ilə qeyd edilir. Bu səbəbdən nömrəsiz forma ilə oyuna çıxmaq futbol qaydalarına uyğun hesab edilə bilməz. Baş verən vəziyyət təəssüf ki, “Xankəndi” FK tərəfindən yarışın təşkilati qaydalarına lazımi səviyyədə əməl olunmadığını göstərir. Digər tərəfdən isə meydan sahibi olan “Şəmkir” PFK oyuna tam hazır olduğu, bütün qaydalara əməl etdiyi və əsasnamənin tələblərini yerinə yetirdiyi açıq şəkildə görünür.

Bu baxımdan yaranmış vəziyyətə obyektiv və ədalətli hüquqi qiymətin verilməsini Sizdən xahiş edirik. Əminik ki, Peşəkar Futbol Liqası Azərbaycan futbolunda qayda-qanunun və idman prinsiplərinin qorunması istiqamətində bu məsələyə də ədalətli yanaşacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Mart 2026 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri