Icma.az
close
up
RU
“Xarici təsir” amili, yoxsa…? KONKRET

“Xarici təsir” amili, yoxsa…? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Türkiyədə təhlükəsizlik üzrə ekspertlər C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğramasının səbəbləri, o cümlədən “xarici təsir ehtimalı” ilə bağlı müxtəlif versiyalar səsləndiriblər.

Məsələ ictimaiyyətdə də geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, fərqli nəzəriyyələrin irəli sürülməsi həm də müxtəlif maraqlı qüvvələrin baş verən hadisədən öz məqsədləri üçün istifadə etməyə çalışdıqlarını göstərir.

Taleh Əliyev

“Diqqət etsək görərik ki, bəzi pozucu qüvvələr sosial şəbəkələrin həm Azərbaycan, həm də qardaş Türkiyə seqmentində bu hadisəni Azərbaycan-Türkiyə münasibətlərinin əleyhinə çevirməyə cəhd göstərirlər. Şübhəsiz ki, bu təxribatlar xarici qüvvələrin – başqa ölkələrin “5-ci kolonu”nun fəaliyyətinin nəticəsidir. Yazıların üslubundan belə təsirlərin izlərini açıq görmək mümkündür”, – deyə politoloq vurğulayıb.

Taleh Əliyev qeyd edib ki, Türkiyə rəsmiləri ilkin mərhələdə qəzanın kənar təsirlər nəticəsində baş verdiyini ciddi arqument kimi qiymətləndirmirlər:

“Hesab edirəm ki, bu istiqamətdə qəti fikir söyləmək üçün təyyarənin “qara qutusu”nun Türkiyədə oxunmasının nəticələrini gözləməliyik. Gerçəklər üzə çıxdıqdan sonra bu barədə fikir yürütmək daha doğru olar. İndi səslənən fərziyyələr, xüsusilə də sosial şəbəkələrdə yayılan və müəyyən dairələr tərəfindən formalaşdırılan pozucu tezislər şəhid olanların ruhuna hörmətsizlikdir və Azərbaycan-Türkiyə münasibətlərinə də zərbə vura bilər.”

Politoloqun fikrincə, hadisənin təfərrüatları tam aydınlaşmadan “xarici təsir” versiyasına əsaslanmaq tələsik və zərərli yanaşmadır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri