Icma.az
close
up
RU
Xərçəngə səbəb ola biləcək ən təhlükəli qidalar

Xərçəngə səbəb ola biləcək ən təhlükəli qidalar

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Qidalanma və sağlamlıq mütəxəssisləri xəbərdarlıq edirlər ki, supermarketlərdən alış-veriş edərkən tez-tez seçilən bəzi emal olunmuş qidalar ciddi sağlamlıq problemlərinə, xüsusilə də xərçəng riskinin artmasına səbəb ola bilər. AzPost RBC-Ukrayna-yaya istinadən, bu təhlükəli məhsulların siyahısı təqdim edir.

Ən təhlükəli emal olunmuş qidalar arasında dərin sənaye emalından keçən, tərkibində zərərli əlavələr, konservantlar və kanserogen maddələr olan məhsullar yer alır. Bu qidalar çox vaxt iştahaaçan görünür, uzun raf ömrünə malikdir və hazırlamaq baxımından rahatdır, buna görə də çox populyardır.

Kolbasa və vetçina kimi məhsullar nitrat və nitrit tərkibli maddələrə malikdir, hansı ki, istilik müalicəsi zamanı nitrozaminlərə çevrilə bilər. Nitrozaminlər isə güclü kanserogen sayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2015-ci ildə emal edilmiş ətin kolon xərçənginə səbəb ola biləcəyini rəsmi şəkildə təsdiqləyib.

Dondurulmuş pizza və piroqlarda trans yağlar, süni tatlandırıcılar, ləzzət artırıcılar və şəkər yüksək miqdarda olur. Bu maddələr piylənmənin yaranmasına şərait yaratmaqla yanaşı, xroniki iltihab və xərçəng riskini də yüksəldir.

Dərhal hazırlanıb istifadə olunan əriştə və bulyonlarda isə natrium qlutamat, boyalar və müxtəlif konservantlar mövcuddur. Bu komponentlərin müntəzəm istehlakı metabolik problemlər yarada və bədxassəli şişlərin inkişaf riskini artırır.

Mütəxəssislər, sağlamlığınızı qorumaq üçün məhsulların etiketlərini diqqətlə oxumağı, tərkibində uzun və anlaşılmaz maddələr siyahısı olan qidalardan uzaq durmağı və mümkün olduqda emal olunmuş məhsulları təzə, evdə hazırlanmış yeməklərlə əvəz etməyi tövsiyə edirlər.

Siz də alış-veriş edərkən bu təhlükəli məhsullara diqqət yetirin və sağlam həyat tərzinə üstünlük verin.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Fevral 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see448

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see336

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see300

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see292

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see289

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see256

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see251

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see248

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see239

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see237

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see236

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see222

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see212

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see211

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see209

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see191

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see188

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see181

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see180

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri