Icma.az
close
up
RU
Xərçənglə mübarizədə yeni mərhələ İskender Yılmaz yazır

Xərçənglə mübarizədə yeni mərhələ İskender Yılmaz yazır

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Ötən həftə keçmişdə yaşadığım onkoloji xəstəlik dövründə dəstəklərini heç zaman əsirgəməyən dəyərli həkimlərimizə təşəkkür etmək məqsədilə Malatyadakı İnönü Universitetinin Turgut Özal Tibb Mərkəzinə baş çəkdim. Bu ziyarət çərçivəsində xəstəxananın baş həkimi, professor doktor Erol Karaaslan hocamızla da görüşmək imkanım oldu.

Baş həkimimizlə xəstəxananın hazırkı vəziyyəti və gələcək inkişaf hədəfləri barədə söhbət edərkən, universitetimizin rektoru professor doktor Nusret Akpolatın və Tibb Fakültəsinin dekanı professor doktor Mehmet Aslanın universitetə qazandırdığı, müasir rəqəmsal infrastrukturu və təqdim etdiyi imkanlarla diqqət çəkən yeni kitabxanadan da söz açdı.

Lakin söhbətimizin ən həyəcanverici hissəsi xəstəxananın nəzdində həyata keçirilən, demək olar ki, inqilabi əhəmiyyət daşıyan daha bir mühüm layihəyə gəlib çıxdı: Molekulyar Patologiya və Yeni Nəsil Dizileme Laboratoriyası.

Erol hocamızın bu yeni laboratoriya haqqında danışdıqları məni olduqca duyğulandırdı və məni 2019-cu ilə apardı. Həmin il anama ağciyər xərçəngi diaqnozu qoyulduğu ağır günlərdə müalicəyə ciddi töhfə verə biləcək qabaqcıl genetik analizlərin Adana kimi böyük tibb mərkəzlərində aparıldığı bildirilmişdi. Biz də həmin dövrdə bu analizləri Adanada qan nümunəsi əsasında etdirmişdik.

Bu gün isə həmin texnologiyanın, hətta böyük şəhərlərdəki analoji mərkəzlərdən daha əhatəli və müasir formada öz doğma şəhərimizdə, öz araşdırma xəstəxanamızda yaradıldığını öyrənmək mənə böyük qürur və sevinc yaşatdı.

Ziyarətim zamanı bu mühüm mərkəzə rəhbərlik edən doktor Mustafa Hüz hocamızla tanış olmaq və laboratoriyanın fəaliyyəti barədə məlumatları şəxsən ondan dinləmək imkanım oldu. Mustafa hocamızdan aldığım məlumatlar əsasında bu mərkəzin xərçəng xəstələri üçün nə ifadə etdiyini siz dəyərli oxucularla bölüşmək istərdim.

Turgut Özal Tibb Mərkəzi qaraciyər transplantasiyası, Onkologiya Xəstəxanası, tibbi onkologiya, hematologiya və onkoloji cərrahiyyə kimi sahələrdə artıq bölgənin ən güclü səhiyyə mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Tibbi Patologiya Anabilim Dalının nəzdində yaradılan bu yeni laboratoriya isə xərçənglə mübarizəni genetik səviyyədə yeni mərhələyə daşıyır.

Ənənəvi üsullarda xərçəngin hansı orqanda başladığı və onun mikroskop altındakı görünüşü araşdırılır. Yeni Nəsil Dizileme (NGS) texnologiyası sayəsində isə artıq şişin genetik xəritəsini çıxarmaq mümkündür.

Eyni xərçəng növünə sahib iki fərqli xəstənin şişi genetik baxımdan tamamilə fərqli ola bilər. Mustafa Hüz hocamızın da vurğuladığı kimi, şişin genetik “barmaq izini” oxumaqla xəstəyə və şişin xüsusiyyətlərinə ən uyğun, ən effektiv hədəfəyönəlik müalicə variantını müəyyənləşdirmək mümkün olur.

Mustafa hocamızın verdiyi məlumata görə, laboratoriyada həyata keçirilən DNT və RNT əsaslı panellər vasitəsilə ağciyər, yoğun bağırsaq, süd vəzi, yumurtalıq, prostat və mədəaltı vəzi xərçəngi də daxil olmaqla bir çox xərçəng növündə mühüm genetik dəyişikliklər müəyyən edilə bilir.

Üstəlik, laboratoriyanın fiziki infrastrukturu da nümunələrdə çirklənmə və qarışma riskini minimuma endirəcək şəkildə hazırlanıb. İzolyasiya olunmuş otaqlar, xüsusi laboratoriya bölmələri və inkişaf etmiş optik mikroskoplarla təchiz edilən mərkəz beynəlxalq standartlara uyğun şəkildə qurulub.

Beynəlxalq xarici keyfiyyət qiymətləndirmə proqramlarında iştirak edən bu mərkəz aparılan analizlərin etibarlılığını müstəqil şəkildə də təsdiqləyir.

İşin ən sevindirici və təqdirəlayiq məqamlarından biri isə budur: Bu yüksək texnologiyalı xidmət Turgut Özal Tibb Mərkəzində tamamilə dövlət imkanları hesabına həyata keçirilir və xəstələrdən bunun üçün heç bir əlavə ödəniş tələb olunmur.

Doğma şəhərimiz və bölgəmiz üçün böyük şans olan bu uzaqgörən layihəyə və onun infrastrukturunun yaradılmasına töhfə verən əvvəlki rektorumuz professor doktor Ahmet Kızılay hocamıza, bu mühüm xidməti tamamlayaraq universitetimizə qazandıran rektorumuz professor doktor Nusret Akpolata, Tibb Fakültəsinin dekanı professor doktor Mehmet Aslana, Turgut Özal Tibb Mərkəzinin baş həkimi professor doktor Erol Karaaslana, Tibbi Patologiya Anabilim Dalının rəhbəri professor doktor Hasan Gökçeyə, laboratoriyaya böyük fədakarlıqla rəhbərlik edən doktor Mustafa Hüz hocamıza və bütün kollektivinə həmşəhərlilərimiz adından sonsuz təşəkkürlərimi bildirirəm.

Malatyamızın səhiyyə sahəsində bölgənin parlayan ulduzu olmaqda davam etməsi diləyi ilə…

İskender Yılmaz 
Türkiyə-Malatya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Sentyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri