Xəstəxanaları vuran raketlərdə ABŞ və Avropa çipləri aşkarlandı Sanksiyalar Rusiyaya təsir etmir
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Ukraynada mülki şəxslərə qarşı həyata keçirdiyi hücumlarda istifadə etdiyi ən inkişaf etmiş "Su-34" və "Su-35" döyüş təyyarələrinin, əsasən ABŞ, Almaniya, Fransa, Yaponiya, Cənubi Koreya və Tayvanda istehsal olunmuş minlərlə elektron komponentlə təchiz olunduğu müəyyən edilib.
"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, 2022–2024-cü illər arasında həyata keçirilən ən azı 60 hücum nəticəsində mülki şəxslərə zərər verib.
Qeyd olunur ki, "Su-34" və "Su-35" döyüş təyyarələri, "KAB" və "UMPB D30-SN" bombaları ilə "Grom-1" raketləri kimi dəqiq nişanlı silahlar daşıyır. "Nako" direktoru Olena Trequb bildirib ki, “Ehtimal olunan savaş cinayətlərinə cəlb olunan rus təyyarələri Qərb menşəli mikroçiplərlə işləyir".
Bildirili ki, 2014-cü ildən bəri Qərb Rusiyanın ikiqat istifadə texnologiyalarına çıxışını məhdudlaşdırmağa çalışır. Lakin araşdırma göstərir ki, məhsullar depolardan çıxdıqdan sonra nadir hallarda izlənilir və beləliklə çiplər Çin, Hong Kong, BƏƏ və bəzi AB ölkələri vasitəsilə Rusiyaya çatdırılır. Təkcə 2023-cü ildə Rusiyanın elektron komponent idxalı 800 milyon dollardan çox olub.
"AzPolitika.info"
Baxış sayı:42
Bu xəbər 29 Avqust 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















