Xırdalanda qadın evə gec gəldiyinə görə döyüldü
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Xırdalanda eyni evdə yaşamağa davam edən keçmiş ər-arvad arasında gecə saatlarında mübahisə baş verib. İddiaya görə, 46 yaşlı kişi keçmiş həyat yoldaşının evə gec gəldiyini irad tutub. Mübahisə fiziki zorakılıqla nəticələnib, daha sonra isə tərəflər məhkəmə prosesində barışıblar.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində baş verib.
Şəki rayon sakini, 1980-ci il təvəllüdlü Tahir gecə saat 1 radələrində həmin ünvanda yerləşən mağazalar şəbəkələrindən birinin marketinin qarşısında hələ də, eyni ünvanda birlikdə yaşadığı keçmiş arvadı Tamara (adlar şərtidir – red.) ilə mübahisə edib.
Buna səbəb qadının evə gecə saatlarında gəlməsi olub. Bu zaman kişi keçmiş arvadına evə gecə saatlarında gəlməsi ilə bağlı irad bildirib. Həmin səbəbdən onlar arasında şəxsi münasibətlər zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib. O, həmin mübahisə əsnasında həmin məkanda əsəbiləşərək qadının üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri ilə onun sifət, baş, nahiyələrinə, habelə təpik zərbələri ilə bel, digər nahiyələrinə ardıcıl vurub.
Faktla bağlı Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, zərərçəkənin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirib.
Zərərçəkmiş Tamara da ifadəsində Tahirlə barışdığını təsdiqləyib. O, hakimdən Tahirin barəsində olan cinayət işinə xitam verilməsini istəyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Xırdalanda qadın evə gec gəldiyinə görə döyüldü
15 May 2026 14:02
Xırdalanda fəhlə döyüldü Dükan sənindi?
04 Mart 2026 16:21
Xırdalanda qadın intihar edib
01 Mart 2025 16:40
Xırdalanda 5 uşaq anası döyüldü Ərim məni qısqanır
17 Avqust 2026 13:01
Körpə qızının bu hərəkəti atasını hövsələdən çıxardı: Xırdalanda qadın vəhşicəsinə döyüldü
02 Aprel 2026 19:41
Baxış sayı:165
Bu xəbər 16 İyun 2026 13:13 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları