Xocalı qurbanları Çanaqqala Şəhidliyində anılıblar
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbul, 1 mart, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Çanaqqala vilayətində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Çanaqqaladan Xocalıya” mövzusunda xüsusi proqram təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı hazırlanan layihə çərçivəsində Türkiyənin müxtəlif bölgələrində təhsil alan türk ölkələrindən olan tələbələrin Çanaqqalaya səfəri təşkil edilib.
Layihə Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi, sənətçi Roza İbadova Kocamazın təşəbbüs və rəhbərliyi, Türkiyə Ülkü Ocaqlarının İzmir şəhər rəhbərliyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə ərsəyə gəlib.
Çanaqqala Şəhidliyində keçirilən anım proqramında Xocalı soyqırımına həsr olunan “Mən Xocalıyam” teatr tamaşasından hissələr nümayiş etdirilib. Roza İbadova Kocamazın rejissorluğu ilə ərsəyə gələn tamaşada Xocalı həqiqətləri mədəniyyətin dili ilə tamaşaçıya təqdim olunur.
Proqram çərçivəsində tələbələr Türkiyə-Azərbaycan qardaşlığının rəmzi olan bu qəhrəmanları ehtiramla yad ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 01 Mart 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















