Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 23 sentyabr, AZƏRTAC
Xocalı və Xocavənd rayonlarında kənd yollarının yenidən qurulması davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yalnız iri yol-nəqliyyat infrastrukturu layihələrinin icrası deyil, eyni zamanda, kənd və digər yaşayış məntəqələrinə aparan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması da əsas prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə genişmiqyaslı işlərə start verilib. Hazırda Xocavənd rayonunun Ağkənd və Qarakənd, Xocalı rayonunun isə Təzəkənd və Badara kəndlərinə gedən avtomobil yollarında əsaslı yenidənqurma işləri həyata keçirilir.
Layihələr çərçivəsində yollar müasir tələblərə uyğun şəkildə yenilənir, yol infrastrukturu yaxşılaşdırılır, yaşayış məntəqələrinin rahat və təhlükəsiz nəqliyyat əlaqəsinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür.
Görülən işlər bərpa olunan yaşayış məntəqələrinin müasir və dayanıqlı yol infrastrukturu ilə təmin edilməsinə, nəqliyyat əlçatanlığının artırılmasına və Böyük Qayıdış prosesinin sürətləndirilməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Sentyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















