Xocalıda yaşayış evləri təmir olunacaq
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Xankəndi Şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidməti" publik hüquqi şəxsi Xocalı Rayonunun Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində, Ağdərə rayonunun Həsənriz kəndində fərdi yaşayış evlərini təmir etdirəcək.
Axar.az xəbər verir ki, qurum bunun üçün 450 min 205 manat vəsait ayırıb.
Təmir işləri “Himmen Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, müvafiq işlərin görülməsinə bu ayın 8-də başlanılıb, iyunun 10-na qədər isə tamamlanması nəzərdə tutulur.
Baxış sayı:220
Bu xəbər 10 Aprel 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















