Xocasəndə “şou” göstərmək istəyən gənc sürücü maşını işıq dirəyinə çırpdı VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsində baş vermiş yol qəzasının görüntüsü “TikTok” sosial platformasında paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, idarəetmədən çıxan “Chevrolet” öncə işıq dirəyinə, ardınca hasara çırpılıb. Qəza zamanı avtomobil yararsız vəziyyətə düşüb, işıq dirəyi sıradan çıxıb. Xoşbəxtlikdən sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, qəzanın görüntüsü sosial şəbəkədə birmənalı qarşılanmayıb. İstifadəçilərin əksəriyyəti sürücünün əl əyləcini çəkmək istəyərkən qəza törətdiyini şərh bölməsində yazıblar.
Sürücü isə cavabında çuxura düşməmək üçün ardıcıl olaraq manevr etdiyini və anidən idarəetməni itirdiyini bildirib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 01 Sentyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















