Icma.az
close
up
RU
Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xocavənd, 8 sentyabr, AZƏRTAC

Bir vaxtlar işğalın ağır izlərini daşıyan, evləri və küçələri viran qoyulan Xocavənddə bu gün həyat yenidən qaynayır. Şəhərin küçələrində insanların səsi eşidilir, evlərin pəncərələrindən işıq saçılır, həyətlərdə ağaclar əkilir, bağlarda ilk məhsullar yetişir. İllər boyu həsrət qalan torpaq indi öz sakinlərinin addımlarını, zəhmətini və sevincini yenidən duyur. Küçələrdə uşaqların gülüşü, həyətlərdə samovarın tüstüsü, ağaclardan gələn meyvə ətri Xocavəndin dəyişən simasını göstərir. Bu şəhərdə indi hər yeni ev, hər əkilən ağac, hər uşaq səsi doğma yurda qayıdışın və yeni həyatın rəmzinə çevrilir.

Uzun illər doğma yurdlarından ayrı düşən ailələr indi ata-baba torpaqlarında yeni həyat qururlar. Hər qayıdan ailə ilə Xocavəndin yaddaşına yeni bir səhifə yazılır. Bu səhifələrdə illərin həsrəti, qayıdışın sevinci və gələcəyə böyük ümid var.

AZƏRTAC-ın bölgə müxbirinin budəfəki səfəri Xocavənd şəhərinə olub. Şəhərin küçələrində, həyətlərində və evlərində müşahidə etdiyimiz mənzərələr bir həqiqəti aydın göstərir: Xocavənd təkcə yenidən qurulmur, burada həyat yenidən qaynayır.

Şəhərdə məskunlaşan ailələrdən biri də Məmmədovlardır. Onların həyətinə daxil olarkən ailənin xoşbəxtliyi üzlərindən oxunur. Ailə başçısı Xəyyam Məmmədov həyətində böyütdüyü ağaclara, əkdiyi güllərə qulluq edir. Böyük övladı isə üzüm yığır. Bir neçə dəqiqə sonra evin xanımı samovarı gətirir. Artıq samovar çayının hazırlanma vaxtıdır.

Evin böyük oğlu topladığı üzümləri qardaşları ilə bölüşür, bir tərəfdən də həyətdəki yelləncəkdə vaxt keçirir. Bu mənzərə illər sonra doğma yurda qayıdan bir ailənin sadə, lakin çox qiymətli xoşbəxtliyini əks etdirir.

İllər sonra doğma torpaqda qurulan yeni həyat

Ailə başçısı Xəyyam Məmmədovla həmsöhbət olduq. Onun 12 yaşından ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşadığını, illər ərzində hansı çətinliklərdən keçdiyini və bu gün doğma yurda qovuşma sevincini dinlədik: “Mən Xocavənd rayonunda anadan olmuşam. 1988-ci ildə burada vəziyyət çətinləşmişdi. Həmin vaxt atam və böyük qardaşım kənddə qaldı, biz uşaqları və qadınları isə kənddən çıxardılar. Daha sonra, 1990-cı ildə yenidən Xocavəndə qayıtdıq. Həmin vaxt atam artıq rəhmətə getmişdi. 1992-ci ildə döyüşlər başlayanda 10 nəfərdən ibarət ailəmizlə birlikdə doğma yurdumuzdan məcburi köçkün düşdük. O vaxt mən balaca uşaq idim. Atam rəhmətə getdiyi üçün qardaşım bizə ata əvəzi oldu. Məcburi köçkünlük vaxtı biz İmişlidə, qohumlarımızın yarısı Beyləqanda, yarısı isə müxtəlif rayonlarda məskunlaşdılar. Hər kəs bir yerə köçmüşdü. Buna baxmayaraq, həyat davam edirdi. Biz də böyüyür, yaşa dolurduq”.

Xəyyam Məmmədov bildirir ki, Azərbaycanın hər guşəsi Vətən olsa da, onların arzuları məhz doğma yurdlarında yarımçıq qalmışdı. İllər boyu ümidlərini itirməyən həmsöhbətimiz bu torpaqlara qayıdacaqları günü səbirsizliklə gözlədiklərini vurğulayır: “Düzdür, Azərbaycanın hər yeri Vətəndir. Lakin bizim arzularımız doğma yurdumuzda yarım qalmışdı. Ümidimizi heç vaxt itirmədik. Bu yerlərə qayıdacağımız günü səbirsizliklə gözləyirdik. Şükürlər olsun, bu gün həmin arzu gerçəkləşib. Mən 12 yaşımda tərk etdiyim doğma yurduma 47 yaşımda ailəm və dörd övladımla qayıtmışam. Qızım ailəlidir, üç oğlum isə bizimlə Xocavəndə qayıdıb. Doğma yurda qayıdanda bir gözümüzdə sevinc, bir gözümüzdə isə kədər var idi. Sevincimiz ondan idi ki, artıq doğma torpağımıza qayıtmışdıq.

Bura gələndə ilk üz tutduğum məkan ata-babalarımın dəfn olunduğu məzarlıq oldu. Orada qəbirlərin dağıdıldığını gördüm. İşğal illərində məzarların dağıdılması məni çox kədərləndirdi. Buna baxmayaraq, bizim ən böyük təsəllimiz odur ki, artıq doğma elimizə qayıtmışıq. Dövlətimiz sağ olsun, bizə üç otaqlı, mətbəxi və bütün şəraiti olan ev verib. Geniş həyətimiz var. Bura gələndən sonra həyətyanı sahəmizdə ağaclar, güllər əkmişik. Hazırda həyətimizdə üzüm, fındıq, nar, qoz, əncir və xurma ağacları böyüyür”.

Müsahibim vurğulayır ki, hazırda həyətyanı sahələrində ev quşları saxlayır və gələcəkdə heyvan təsərrüfatı yaratmağı planlaşdırır. Doğma yurduna qayıtdıqdan sonra usta kimi fəaliyyətini davam etdirən Xəyyamın sözlərinə görə, burada özünü çox xoşbəxt hiss edir. Böyük oğlu artıq işləyir, digər iki oğlu isə məktəblidir.

Məmmədovlar ailəsi dörd aydır ki, Xocavəndə qayıdıb. Bu dörd ay onun üçün son dərəcə əzizdir, çünki illərdir görmədiyi insanlarla indi yenidən bir arada yaşayır. Küçədə uşaqlıq və sinif yoldaşları ilə qarşılaşarkən sanki keçmişə qayıtdığını deyən Xəyyam, illərlə istifadəsiz qalan bu bərəkətli torpaqların, ağacların və təbiətin məhz doğma sakinləri gəldikdən sonra yenidən dirçəldiyini deyir.

“Bu torpaqlar bizə şəhidlərin əmanətidir”

Mirəli Məmmədli ailənin böyük oğludur. Onun Xocavənd barədə təsəvvürü yalnız valideynlərindən eşitdikləri və dərsliklərdə oxuduqları əsasında formalaşıb. Doğma yurdun gözəlliyini xəyal edərək böyüyüb. İndi isə ata-baba torpağına qayıtdığı üçün özünü xoşbəxt hiss edir: “Xocavənd barədə təsəvvürüm sadəcə eşitdiklərimdən yaranmışdı. Bura gələndə isə daha gözəl bir yer olduğunu gördüm. Mən məktəbdə oxuyanda İkinci Qarabağ müharibəsi oldu. Hər gün torpaqlarımızın işğaldan azad edilməsi xəbərlərini eşidirdik. Sevincimin həddi-hüdudu yox idi. Sevinirdim ki, artıq biz də öz ata-baba yurdumuza qayıdacağıq. Mənim üçün əvəzolunmaz hisslərdən biri də Qalib Ordunun sıralarında hərbi xidmətə yollanmağım oldu. Qalib Ordunun əsgəri olmaq mənə böyük qürur verdi. 2024-cü ildə hərbi xidmətə yollandım və 2026-cı ilin yanvarında tərxis olundum. Çox qürurlu idim. Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra isə mənim üçün daha bir gözəl an nəsib oldu. Ailəmizlə birlikdə Xocavəndə qayıtdıq”.

O deyir ki, doğma yurduna gəldikdən sonra gələcəklə bağlı çoxlu arzuları yaranıb və artıq burada daimi yaşamaq niyyətindədir. Onun sözlərinə görə, bu müqəddəs və doğma torpaqlar onlara şəhidlərin əmanətidir.

Xocavənddə Məmmədovlar ailəsinin həyətində gördüyümüz mənzərə əslində Qarabağda baş verən böyük qayıdışın kiçik, lakin çox mənalı bir nümunəsidir. Burada əkilən hər ağac, salınan hər bağ, açılan hər ev qapısı illərlə həsrətlə gözlənilən qayıdışın rəmzidir.

Bir vaxtlar səssizliyə qərq olan küçələr indi insan səsləri ilə canlanır. Uşaqların gülüşü, həyətlərdə görülən işlər, samovar başında qurulan söhbətlər bu torpaqlara həyatın qayıtdığını göstərir. İnsanlar doğma yurda qayıtmaqla yalnız evlərinə deyil, yarımçıq qalmış arzularına da qovuşublar. İllərlə həsrətini çəkdikləri torpaqlara qayıdan insanlar burada keçmişin yaralarını sağaltmaqla yanaşı, gələcəyin təməlini də qururlar.

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır. Bu şəhərdə həyat yenidən başlayır. Və bu yeni həyatın ən gözəl mənzərəsi illər sonra öz doğma yurdunda rahat nəfəs alan insanların üzündəki təbəssümdür.

Müxbir-Aydın Yavərzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri