Xocavənd əməliyyatı şəhidlərinin məzarları ziyarət olunub
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Bu gün İkinci Fəxri xiyabanda 1997-ci il "Xocavənd əməliyyatı" şəhidlərinin (kəşfiyyatçıların) məzarları ziyarət olunub.
Oxu.Az xəbər verir ki, ziyarətçilər arasında media, eləcə də ictimaiyyət nümayəndələri və onların ailə üzvləri iştirak ediblər.
Xatırladaq ki, 1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib.
Qruplardan birincisi itkisiz qayıdıb. Səkkiz nəfərdən ibarət digər qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd ediblər və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib.
Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.
Şəhid olan hərbçilər II Fəxri xiyabanda dəfn olunub. Mərhum Prezident Heydər Əliyevin Fərmanı ilə şəhid olan hərbi qulluqçular "Azərbaycan Bayrağı" ordeni ilə (ölümündən sonra) təltif ediliblər.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 10 Aprel 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















