Icma.az
close
up
RU
Xusanov “Mançester Siti”də Futbolçularımız niyə Avropanın aparıcı klublarına düşə bilmirlər? İdman və Biz

Xusanov “Mançester Siti”də Futbolçularımız niyə Avropanın aparıcı klublarına düşə bilmirlər? İdman və Biz

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Özbəkistanlı Abdukodir Xusanovun “Lans”dan “Mançester Siti”yə keçidi bu qış transfer pəncərəsinin, bəlkə də, ən böyük sensasiyalarından biridir. Vaxtilə Gürcüstanın dörd futbolçusu da “şəhərlilər”in şərəfini qoruyub.

İdman.biz xəbər verir ki, Azərbaycan futbolçuları isə nəinki “Mançester Siti”, ümumiyyətlə İngiltərə Premyer Liqasına gedib çıxa bilməyiblər.

Qış transfer pəncərəsi davam edir. Beynəlxalq arenada üzdə olan yeganə klubumuz “Qarabağ”ın Juninyoya görə “Flamenqo”dan 5 milyon avroluq təklif alması gündəmi zəbt edib. Amma hansısa futbolçumuza hansısa xarici klubdan real təklif gəlməsi barədə xəbərlər yoxdur, olması da qeyri-mümkün görünür.

Azərbaycan millisində oyununu təriflədiyimiz Elvin Cəfərquliyev 2024-cü ildə antirekordla yadda qalıb. İl ərzində dünyada üç oyunçu hərəyə 4 qırmızı vərəqə alıb və onlardan biri də “Qarabağ”ın müdafiəçisidir. Cəfərquliyev Avropa Liqasının "Braqa", "Bayer", "Ayaks", Misli Premyer Liqasının "Araz-Naxçıvan"la görüşlərində meydandan qovulub.

Azərbaycan Premyer Liqasının bombardirləri siyahısında ilk “beşlik”də azərbaycanlı oyunçular yer almayıb. Ən çox qol vuran futbolçumuz 5 qolla Toral Bayramovdur ki, o da cinah müdafiəçisidir. Düzdür, ədalət naminə qeyd etmək lazımdır ki, “Qarabağ”ın futbolçusunun arada Türkiyə klublarının (“Qalatasaray”, “Trabzonspor”) maraq dairəsinə düşməsi barədə məlumatlar yayılır, amma bu, söz-söhbətlərdən qırağa çıxmır.

Bizim futbolçular, əsasən, Türkiyənin aşağı liqa klublarında top qova bilir. Ən yaxşı legionerimiz hesab olunan Mahir Emreli isə “Nürnberq”in heyətində 2-ci Bundesliqada mövsümün ilk yarısında cəmi 3 qolla yadda qalıb – o da sonuncu dəfə iki ay əvvəl fərqlənib. Halbuki Almaniya kuboku da nəzərə alınmaqla, ardıcıl dörd oyunda qol vuranda sevinib, nəhayət, uğurlu çıxışlarını davam etdirəcəyinə ümidlənmişdik.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze buyaxınlarda azərbaycanlı futbolçu haqqında danışarkən maraqlı məqamlara toxunub: “Mahir Emreli ilə ünsiyyət heç də asan deyil. Ona eləmədiyi şeyləri iki-üç dəfə başa salmalı olursan. Mahirə aut və künc zərbələri zamanı harada dayanmalı olması ilə bağlı məsləhətlər verilir”.

Əslində bu sözlər Azərbaycan futbolçularının səviyyəsini bariz nümayiş etdirir. Güclü özül olmadığından onlar özlərini nə ölkə çempionatında, nə də beynəlxalq arnada göstərə bilirlər. Təsadüfən xarici kluba keçdikdə isə orada möhkəmlənə bilmirlər.

Heç Azərbaycan klubları da futbolçu yetişdirib satmaqda maraqlı deyillər. Mövsümü keçirmək üçün pulu AFFA, yəni dövlət verir. Əlavə qazanc əldə etmək isə bacarıq tələb edir.

Mövsümün ilk yarısına baxsaq, demək olar ki, hər klubda 10-dan çox legioner çıxış edib. İstər həm beynəlxalq arenada mübarizə aparan “Qarabağ” olsun, istərsə də ortabab, ya da autsayder klublar – hamısı əcnəbi oyunçulara üstünlük verir. Halbuki hər klubun əvəzedici heyəti, aşağı yaş qrupları üzrə komandaları var - oyunçu isə yetişmir. Ya da düzgün yetişdirilmir. Şərait – meydan və s. yoxdursa, məşqçilərin səviyyəsi yüksək deyilsə - yetişməyəcək də. İllər bir-birini əvəz edir, heç nə də dəyişmir.

Premyer Liqada oynayan futbolçular da kifayət qədər yüksək maaş aldıqlarından komfort zonasını tərk edib, heç yerə gemək niyyətində deyillər. Beləcə - necə deyərlər, qapalı dairə.

Özbəkistan çempionatında “Olimpik” adlı komanda var, heyətində gənc özbəkistanlı futbolçular oynayır. Ötən mövsüm 14 komanda arasında 12-ci olsalar da, əsas nəticə deyil - gənclər təcrübə qazanırlar.

“Olimpik” 2021-ci ildə Özbəkistan futbolunun Paris-2024 Olimpiadasında təmsil olunması məqsədi ilə futbolçular yetişdirmək üçün yaradılıb. Komanda Özbəkistan Futbol Assosiasiyası və Özbəkistan Olimpiya Komitəsi tərəfindən təşkil olunub. Heyətə Superliqa klublarının əvəzedici komandalarından gənc futbolçular cəlb edilib. Nəticədə Özbəkistan gənclər arasında Asiya kubokunda ikinci yeri tutub, Olimpiadaya vəsiqə qazanıb. Paris-2024-də isə ümumi hesabda 13-cü olublar.

İndi isə Özbəkistan futbolunun əsas hədəfi 2026-cı il dünya çempionatına vəsiqə qazanmaqdır. Mundial iştirakçılarının sayı artırılıb – orada ilk dəfə 48 komanda mübarizə aparacaq. DÇ-2026-da Asiya üçün 8+1 yer ayrılıb ki, bu da özbəklərin şansını artırır. FIFA reytinqinə əsasən, Özbəkistan qitədə gücünə görə 7-cidir. Deməli, ABŞ, Kanada və Meksika meydanlarında “Mançester Siti”li Xusanov, “Roma”lı Eldor Şomurodov, həmçinin parlamaqda olan digər özbəkistanlı ulduzları görə biləcəyik.

Qeyd edək ki, 2011-ci ildə azərbaycanlı futbolçu Araz Abdullayev “Everton”la müqavilə bağlasa da, bu komandanın əsas heyətində bir oyun belə keçirmədən Azərbaycana qayıdıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri