Icma.az
close
up
RU
XXI ƏSR MİLLİ TƏHSİL TARİXİMİZƏ QISA NƏZƏR İslahatlar, səhvlər, strateji boşluqlar

XXI ƏSR MİLLİ TƏHSİL TARİXİMİZƏ QISA NƏZƏR İslahatlar, səhvlər, strateji boşluqlar

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlham Əhmədov, dosent

XXI əsrin ilk rübü artıq geridə qalır. Bu mərhələ Azərbaycan təhsil tarixində yalnız hadisələrin ardıcıllığı kimi deyil, strateji qərarların, buraxılmış səhvlərin və reallaşmayan imkanların dövrü kimi təhlil edilməlidir. Müasir təhsil tariximizin və xüsusilə müstəqillik illərində aparılan təhsil islahatlarının tənqidi və kompleks analizi bu gün artıq zərurətə çevrilib. Bu, təkcə keçmişi anlamaq üçün deyil, təhsilin və təhsil elmlərinin gələcəyini xilas etmək üçün vacibdir.

Azərbaycan təhsili tarixinin müstəqillikdən əvvəlki mərhələsi kifayət qədər tədqiq olunub. Lakin son 35 il - xüsusilə XXI əsrin ilk 25 ili elmi baxımdan demək olar ki, sistemli şəkildə araşdırılmayıb. Halbuki bu dövrdə baş verən proseslər hələ də canlıdır, nəticələri isə cəmiyyətin bütün sahələrində hiss olunur.

Müstəqillik dövrünün təhsil islahatları: yarımçıq strategiyalar və itirilmiş zaman

Müstəqillik dövründə aparılan təhsil islahatlarının böyük bir hissəsi konseptual baxımdan düzgün müəyyən edilsə də, icra mərhələsində uğursuz olub. Təhsil strategiyaları ya yarımçıq qalıb, ya da tez-tez dəyişdirildiyi üçün institusional yaddaş formalaşmayıb. Nəticədə sistemli inkişaf yox, ziqzaqlı idarəetmə modeli yaranıb. Bu müddət ərzində dünya təhsili sürətlə dəyişib: rəqəmsallaşma, distant təhsil, süni intellekt əsaslı tədris modelləri, açıq universitet platformaları və mikrosertifikatlar kimi trendlər qlobal norma halına gəlib.

Lakin Azərbaycan təhsil sistemi bu proseslərə reaktiv deyil, gecikmiş və passiv şəkildə qoşulub. Məsələn, distant təhsil dünyanın bir çox ölkəsində XX əsrin sonlarından geniş tətbiq olunsa da, Azərbaycan bu sahədə hələ də geridə qalan azsaylı ölkələr sırasındadır. Halbuki süni intellekt texnologiyaları distant təhsili tamamilə yeni mərhələyə çıxarıb.

Boloniya prosesi: formal üzvlük var, real tətbiq yox

Azərbaycanın Boloniya prosesinə qoşulmasından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sistem ölkədə heç bir universitetdə tam tətbiq olunmayıb. Kredit sistemi, tələbə mobilliyi, proqramların qarşılıqlı tanınması və akademik muxtariyyət kağız üzərində qalıb.

Nəticə etibarilə diplomlarımız xaricdə məhdud şəkildə tanınır, universitetlər rəqəmsal yetkinlik səviyyəsinə çata bilməyib, tədris proqramları əmək bazarı ilə uzlaşmır. Bunun əsas səbəbləri layihələrin vaxtında və peşəkar hazırlanmaması, investisiya azlığı, ekspert və mütəxəssis hazırlığına yetərli diqqətin göstərilməməsidir.

Elm–təhsil inteqrasiyası: doğrulmayan gözləntilər

Təhsil Nazirliyi ilə Elmlər Akademiyasının inteqrasiyası universitetlərdə elmin inkişafı üçün ümid yaratmışdı. Lakin bu inteqrasiya real elmi istehsal və tədqiqat mədəniyyəti yaratmaq baxımından hələlik nəticə verməyib. Universitetlərdə elmi fəaliyyət formal xarakter daşıyır, fundamental və tətbiqi tədqiqatlar zəifdir.

Son 10 ildə Təhsil İnstitutunun elmi-tədqiqat funksiyasını faktiki olaraq itirərək kurs və treninq mərkəzi səviyyəsinə enməsi isə vəziyyəti daha da ağırlaşdırıb. Bu, ölkədə təhsil tədqiqatlarının sistemli aparılmadığının açıq göstəricisidir. ARTİ-nin çökdürülməsi təhsil sisteminin bu gününə və gələcəyinə vurulan strateji zərbədir.

Rəqəmsal iqtisadiyyat strategiyası və insan kapitalı paradoksu

Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” birbaşa elm və təhsil sektoruna təsir edir və insan kapitalının inkişafını prioritet elan edir.

Lakin paradoks ondadır ki, 20 il əvvəl təhsilin qarşısına qoyulan əsas vəzifələr hələ də tam icra olunmayıb. Neft kapitalının rəqəmsal insan kapitalına çevrilməsi prosesi ləngiyib və bu ləngimə yalnız dərin və keyfiyyətli təhsil islahatları ilə aradan qaldırıla bilər.

Son illərin qərarları: əvvəli kütləviləşmə, davamı məhdudlaşma

Ali təhsildə son 7–8 ildə kütləviləşmə və qəbul planlarının artırılması müşahidə olunurdu. Lakin iqtisadi çətinliklər fonunda indi qəbul planlarının azaldılması müzakirə edilir. Halbuki:

- əhalinin hər 100 min nəfərinə düşən ali təhsillilərin sayına görə regionda geridəyik;

- qəbul planlarının azalması bu geriliyi daha da uzadacaq.

Digər tərəfdən, regionlarda azkomplektli məktəblərin bağlanması planlaşdırılır (təxminən 1500 məktəb). Halbuki alternativ olaraq distant təhsil modelləri tətbiq oluna bilərdi. Bu təklif səsləndirilmiş və nəhayət, nazirlik sentyabrdan region məktəblərində distant təhsilin tətbiqini elan edib. Bu addım gecikmiş, lakin düzgün istiqamətdir.

Təhsildə gerilik – bütün sahələrdə ləngimə

Son 25 ilin təhsil tarixi göstərir ki, strateji baxış zəif olub, tədqiqat əsaslı qərarlar qəbul edilməyib, institusional yaddaş formalaşmayıb.

Təhsildə baş verən gerilik digər sahələrdə əldə edilən nailiyyətləri kompensasiya edə bilməz. Əksinə, təhsildəki problemlər iqtisadiyyatdan tutmuş dövlət idarəçiliyinə qədər bütün sahələrin inkişafına mane olur.

Bu səbəbdən təhsil tarixçiləri, analitiklər və qərarvericilər XXI əsrin ilk 25 ilini obyektiv və sərt tənqidi prizma ilə təhlil etməli, buraxılmış səhvləri açıq şəkildə etiraf etməli və gələcək üçün real, ölçülə bilən və davamlı strategiya formalaşdırmalıdırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri