Icma.az
close
up
RU
Yaddaşın şəhərləri: küçələrdə yaşayan tarix

Yaddaşın şəhərləri: küçələrdə yaşayan tarix

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Şəhərlərin də yaddaşı var. Bəzən bu yaddaş köhnə binaların divarlarında, dağıdılmamış məhəllələrdə, illərdir dəyişməyən küçə adlarında yaşayır. Bəzən isə bir küçənin başındakı lövhədə görünür: bir insan adı yazılıb orada. O adı hər gün yüzlərlə insan oxuyur, yüzlərlə insan görür. Kimisi tanıyır adın sahibini, kimisi isə həmin adın arxasında hansı həyatın dayandığını heç bilmədən, maraqlanmadan, sorğulamağı belə düşünmədən keçib gedir.

Bu sətirləri yaza-yaza düşünürəm: görəsən, mən özüm ilk dəfə hansı adı sorğulamış, onun arxasındakı tarixlə maraqlanmışam. Sonra xatırlayıram. Mənim ilk maraqlandığım ad Nazim İsmayılov olub. Təhsil aldığım 80 nömrəli tam orta məktəb onun adını daşıyırdı. Hələ ilk siniflərdə oxuyarkən hər dəfə məktəbimizin adını yazanda "Nazim İsmayılova adına 80 nömrəli orta məktəb" ifadəsi diqqətimi çəkərdi. Nazim İsmayılovun kim olduğunu düşünərdim uşaq ağlımla. Halbuki məktəbimizin girişində onun barelyefi də vardı. Üstünü oxumuş, haqqında müəllimlərimdən də eşitmişdim. Amma körpə düşüncələrim şəhid kimliyini anlaya bilmirdi. Sən demə, Nazim Ağakişi oğlu İsmayılov mənim təhsil aldığım məktəbin məzunu, I Qarabağ müharibəsi şəhidimizdir. İlk dəfə şəhid adının əbədiləşdirilməsini onda görmüş, anlamışdım.

Onu da anlamışdım ki, o küçələrin, o məktəblərin adları heç də ad və soyaddan ibarət deyil. Bəzən bir küçənin adı bir ailənin oğludur. Bir məktəbin adı bir gəncin yarımçıq qalmış ömrüdür. Bir parkın girişindəki lövhə hansısa evə bir daha qayıtmayan insanın xatirəsidir.

Beləcə, şəhər bir-bir yaddaşına həkk edir onları. Biz isə çox vaxt bunun fərqinə varmırıq. Hər gün keçdiyimiz küçələrin adlarına alışırıq. Ünvan deyəndə adın mənasını yox, harada olduğunu düşünürük. Taksi çağıranda küçənin adını söyləyirik, poçt göndərəndə həmin adı yazırıq, görüş təyin edəndə "filan küçənin başında" deyirik. Halbuki o adın arxasında bəzən bir insanın bütün həyatı dayanır.

Şəhid adları verilmiş küçələri bu baxımdan şəhərin ən səssiz tarix kitablarından biri hesab edirəm. Orada uzun mətnlər, xronoloji faktlar yoxdur. Tarixlər, döyüş xronikaları, bioqrafiyalar yazılmır. Sadəcə bir ad var. O ad ki, hər gün həyatın içindən keçir.

Bir küçənin adını daşımaq insanın ölümündən sonra ona verilən ən böyük mükafat deyil, bəlkə də ən böyük məsuliyyətdir. Çünki ad yaşadıqca, onun sahibi haqqında danışmaq ehtiyacı da yaşayır.

Məsələn, bir uşaq məktəbə gedərkən şəhidin adını daşıyan küçədən keçir. O, bəlkə hələ həmin insanın kim olduğunu bilmir. Bir neçə il sonra məktəbdə həmin şəhid haqqında tədbir keçirilir. Uşaq küçənin adını ilk dəfə başqa cür görür. Dünənə qədər sadəcə ünvan olan söz birdən tarixə çevrilir. Bu, yaddaşın ən təbii formasıdır.

Yaddaş yalnız muzeylərdə qorunmur. Onun ən gözəl və ən etibarlı saxlanc yeri həyatın içidir. Küçədə, məktəbdə, kitabxanada, parkda, avtobus dayanacağında... Bir insanın adı gündəlik həyatın adi səsləri arasında nə qədər çox çəkilirsə, xatirəsi də bir o qədər canlı qalır.

Amma burada başqa bir məsələ də var: adını yaşatmaqla xatirəsini yaşatmaq eyni şey deyil. Bir küçəyə şəhidin adını vermək asandır. Lövhə hazırlanır, küçənin girişinə vurulur, xəritələrdə dəyişiklik edilir. Amma əsl iş bundan sonra başlayır. Çünki həmin küçənin sakinləri bilməlidirlər ki, onların ünvanı kimin adını daşıyır. Orada böyüyən uşaqlar bilməlidirlər ki, hər gün səsləndirdikləri adın arxasında yarımçıq qalmış bir ömür var.

Əks halda ad sadəcə lövhədə qalır. Tarix isə insan yaddaşından silinməyə başlayır.

Şəhidlərin adlarının küçələrə, məktəblərə, parklara verilməsi son illərdə ölkəmizin şəhər və rayonlarının yaddaş mənzərəsini də dəyişib. Bu adlar artıq yalnız keçmiş haqqında danışmır. Onlar indiki nəslin gündəlik həyatına daxil olublar.

Bu baxımdan şəhər də bir növ canlı arxivdir.

Kitabxanada kitabı açıb tarix oxumaq üçün vaxt ayırmaq lazımdır. Şəhərin yaddaşını oxumaq üçün isə sadəcə gözlərini açmaq kifayətdir.

Bir lövhə bir ad, bir ad isə bir tarixdir. O tarix ki, hər birinin arxasında bir insan var. Onun uşaqlığı, anası, atası, dostları, sevdikləri, arzuları, qorxuları, sevincləri...

Yəni bir adın arxasında bütöv bir həyat dayanır.

Ona görə də şəhər yaddaşının qorunması yalnız küçə adlarının qorunması demək deyil. Həmin adların hekayələrinin də qorunmasıdır.

Əslində bunun üçün böyük mərasimlərə, səs-küylü tədbirlərə həmişə ehtiyac yoxdur. Bəzən məktəbdə bir dərs kifayətdir. Bir müəllimin "Bu küçə niyə belə adlanır, bilirsinizmi?" sualı bəs edir o tarixi olduğu kimi öyrənməyə. Əsl yaddaş bəlkə də elə həmin sualdan başlayır. Çünki yaddaşın ən böyük düşməni unutmaqdan əvvəl laqeydlikdir. Axı insan bilmədiyini unuda bilməz. Ona görə əvvəlcə bilməlidir.

Məncə, şəhidlərin həyat hekayələri yalnız ildönümlərində xatırlanmamalıdır. Onların adları təqvimdəki bir tarixə sıxışdırılmamalıdır. Əgər bir şəhidin adı məktəbə verilibsə, həmin məktəbin şagirdləri onun kim olduğunu bilməlidirlər. Əgər küçəyə verilibsə, həmin küçənin sakinləri o adın tarixini tanımalıdırlar. Bu, şəhid xatirəsinə hörmətin ən sadə, amma ən davamlı formalarından biridir.

Şəhərlər dəyişir. Binalar sökülür, yeniləri tikilir. Küçələrin görünüşü dəyişir. Mağazaların, kafelərin, dayanacaqların adları dəyişir. Bir neçə ildən sonra bu gün gördüyümüz şəhərin bir hissəsi tamam başqa cür görünə bilər.

Amma bəzi adlar qalmalıdır. Çünki şəhərin siması dəyişsə də, yaddaşı itməməlidir. Bir küçənin adı bəzən gələcək nəsillə keçmiş arasında qurulan ən qısa körpüdür. Bu gün həmin küçədən keçən gənc üçün bu, sadəcə bir ünvandır. Sabah onun övladı üçün tarix olacaq. Elə buna görə də şəhərlərin yaddaşına məsuliyyətlə yanaşmaq lazımdır. Çünki tarix kitab səhifələrinə sığacaq qədər kiçik deyil. Bəzən də tarix evimizin ünvanında yaşayır.

Bəlkə də yaddaşın ən böyük qələbəsi budur: insan gedir, adı qalır və o ad hekayəyə çevrilir. Hekayə isə nəsildən-nəslə keçərək şəhərin bir parçasına dönür. Beləcə, şəhərlər insanların yaşadığı yerlərdən başqa, həm də onların xatırlandığı yerlərə çevrilir.

Ən önəmlisi isə küçələrdə yaşayan tarix heç vaxt tam susmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri