Icma.az
close
up
RU
Əsl kərə yağı 25 manata başa gəlir Bəs 6 manatlıq yağ nədən hazırlanır?

Əsl kərə yağı 25 manata başa gəlir Bəs 6 manatlıq yağ nədən hazırlanır?

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir çox insan kərə yağının keyfiyyətindən çox narahatdır. Bəziləri yerli və Türkiyə istehsalından istifadə edərkən, bəziləri İran istehsalı kərə yağlarını daha keyfiyyətli hesab edir.

Kərə yağının keyfiyyətini necə anlamaq olar? Kərə yağından bir insan gündəlik nə qədər istifadə edə bilər?

Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirdi ki, məhsul etiketlənməsi, xüsusilə də kərə yağı kimi məhsulların düzgün etiketlənməsi müasir dövrün ən böyük problemlərindən biridir:

"Müştərilərə ilk növbədə etiketləri diqqətlə oxumağı tövsiyə edirəm. Çünki bu günlərdə kərə yağı ilə bağlı başlıca problem odur ki, təbii kərə yağı və marqarin və ya bitki tərkibli yağlar arasında fərq çox vaxt müəyyən edilmir. Bu məsələdə həm istehlakçıların, həm də satış nöqtələrinin məsuliyyətləri böyükdür. Ən əsas məsələlərdən biri məhsulun üzərində düzgün etiketlənmənin olmamasıdır. Məsələn, 6 manat 50 qəpiyə satılan "kərə yağı" ilə 8 manat 10 qəpiyə satılanın arasındakı fərqi necə başa düşək? Bu qiymətə kərə yağı olması mümkündürmü? Kərə yağı məhsulunun istehsalı, daşınması, qablaşdırılması, etiketlənməsi və digər xərcləri nəzərə alındıqda belə ucuz qiymətlərin həqiqətən də təbii məhsul olma ehtimalı çox azdır. Bu, təbii ki, istehlakçını aldadıcı bir yanaşmadır. Kərə yağı 82-85% yağlılıq dərəcəsinə malik olmalıdır. Əgər bu nisbət 60-70% arasındadırsa, artıq həmin məhsulda marqarin qarışığı ola bilər. Əsl kərə yağı isə insanın əl temperaturunda əriməyə başlayır, amma bitki tərkibli yağlar, məsələn, soya və palma yağı qarışığı ilə hazırlananlar bu xüsusiyyəti daşımır. Bu, məhsulun formasını saxlamaq məqsədi ilə edilən bir praktikadır, lakin sağlamlıq üçün ciddi risklər yaradır. Ürək-damar xəstəlikləri, xərçəng riski kimi problemləri artırır".

Ekspert əlavə etdi ki, kərə yağının rəngi açıq sarıdan tünd sarıya qədər dəyişə bilər:

"Rəngin tünd olması, bəzi hallarda, heyvanın yediyi yemə, həmçinin mövsümə görə dəyişir. Lakin əgər yağ çox tünddürsə və ya süni ətir gəlirsə, bu, boyalar və süni qatqıların əlavə edildiyini göstərir. Xolesterol və ürək-damar xəstəlikləri ilə bağlı problemi olan insanların bu cür qatqılı yağlardan uzaq durması vacibdir. Təbii kərə yağının tərkibi sadəcə süd və yağdan ibarət olmalıdır. Digər bitki tərkibli yağların tərkibində isə emulqatorlar və aroma verici maddələr mövcud olur. Bu da müştərilərin etiketləri diqqətlə oxuyaraq düzgün seçim etmələri üçün vacibdir. Bundan əlavə, etiketdə məhsulun istehsalçısı, sertifikatı və yağın yağlılıq dərəcəsi kimi məlumatların olması çox önəmlidir. Kərə yağı adını daşıyan məhsulun istehsalçısı bu məsuliyyəti tamamilə anlamalı və məhsulun tərkibini düzgün şəkildə açıqlamalıdır. İnsanları çaşdırmamaq, müxtəlif yönlərə istiqamətləndirməmək lazımdır".

Müsahibimiz qeyd etdi ki, ev şəraitində kərə yağı hazırlamaq istəyənlər 1 litr südün tərkibindəki yağlılıq dərəcəsi 3-4% olduğu halda təxminən 30-35 qram kərə yağı əldə edə bilər. 

"Bu da o deməkdir ki, 25 litr südün təxminən 1 kiloqram kərə yağı verməsi mümkündür. Əgər bu 25 litr südü 1 manat 20 qəpiyə alırsınızsa, 1 kiloqram kərə yağının qiyməti 25 manatdan yüksək olmalıdır. Amma bu gün kərə yağlarının 6-10 manata satılması, tərkibində süni qatqılar, boyalar və palma yağı olduğuna işarədir. Bunun nəticəsində isə insan sağlamlığına mənfi təsir göstərilir. Beləliklə, məhsulun qiymətindən asılı olaraq, kərə yağının tərkibi, etiketi və istehsal prosesinə dair hər hansı bir şübhə yaranarsa, istehlakçıların sağlamlıqlarını qorumaq üçün bu məhsullardan uzaq durmaları daha məqsədəuyğundur", - deyə İlkin Şirinov vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see172

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see147

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see132

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri