Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Yağışdan sonra Bakı və ətraf qəsəbələr yenə acınacaqlı vəziyyətə düşdü: “Hər işlərini vətəndaşın üstünə atmağa öyrəşiblər”

Yağışdan sonra Bakı və ətraf qəsəbələr yenə acınacaqlı vəziyyətə düşdü: “Hər işlərini vətəndaşın üstünə atmağa öyrəşiblər”

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bakı və ətraf qəsəbələrdə bir az güclü yağış yağan kimi acınacaqlı vəziyyət yaranır. Nəinki piyadalar, hətta avtomobillər üçün də yollar keçilməz olur. Çünki küçələri, tunelləri su basır.

Bizimyol.info xəbər verir ki, illərdir yağışdan sonra Sabunçu qəsəbəsində, xüsusən vağzalın qarşısında yaranan mənzərə yanvarın 13-də yenə də təkrarlanıb. Bundan şikayətlənən sakinlər deyirlər ki, müvafiq dövlət strukturları şəhərin vəziyyətinə, vətəndaşların problemlərinə əhəmiyyət vermir. Ona görə də illərdir bu problemin həlli istiqamətində heç bir iş görülmür.

“Belə biabırçılıq olar ki, yağış yağan kimi, biz küçədə gedə bilmirik? Hər qış biz eyni əziyyəti çəkirik. Çünki kanalizasiya sistemi normal işləmir, yağış yağanda suları çəkib aparmır. Hələ bizdə vəziyyət yaxşıdır, elə qonşularımız var ki, yağış bir az da güclü olanda onların evlərini də su basır”, - Samirə Əhmədova şikayətlənir.

Xırdalan sakini Əminə Hüseynova yanvarın 13-də yağan yağışdan sonra yaşadıqları ərazidə gölməçə yarandığını bildirir: “Deyirlər ki, burada tikintilər sıxdır, kanalizasiya sistemi çatdırmır, ona görə belə vəziyyət yaranıb. Adama deyərlər ki, bu tikintilər gedəndə hara baxırdınız? Həyətdə adi hin tikəndə gəlib tökülürlər, bu qədər ev özbaşına tikilməyib ki... İcazə verəndə bunun qarını, qışını da nəzərə almaq lazım idi. Vətəndaş ev alanda nə bilsin ki, kanalizasiya xətti hara gedir, onun tutumu yağış sularına kifayət edir, yoxsa yox. Hər işlərini vətəndaşın üstünə atmağa öyrəşiblər”.

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyilə Bakıda və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-35-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə də dövlət başçısı bu problemə toxunub: “Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarəolunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bir müddət əvvəl verilən açıqlamada bildirilmişdi ki, Sabunçu qəsəbəsində tullantı su şəbəkəsinin yenilənməsi layihəsi hazırlanıb. İşlərə başlanmasına şərait yaradılması məqsədilə müvafiq qurumlara müraciət olunub. Onlardan müsbət cavab alınan kimi işlərə başlanacaq.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Yanvar 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see258

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see236

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see197

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see154

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see139

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri