Icma.az
close
up
RU
Yanaraq ölən Zəhmətin SON SÖZLƏRİ: Ay qonşular, uşaqlarımı mənə vermirlər

Yanaraq ölən Zəhmətin SON SÖZLƏRİ: Ay qonşular, uşaqlarımı mənə vermirlər

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Aybəniz Hüseynova həmin gün kürəkəninin onlara gəldiyini bildirdi:

"Gözləri qıpqırmızı idi, salamlaşmamış Ayseli çağırdı. Yoldaşım gələnə kimi evə girmədi, nə qədər dedik inadından dönmədi. Başladı qapıları döyməyə ki, ay qonşular, uşaqlarımı mənə vermirlər. Yoldaşımla bunu sakitləşdirə bilmirdik, o tərəfə, bu tərəfə qaçıb qonşuların qapılarını yumruqlayırdı. Oğluma zəng elədim, gəldi. Məhərrəm onu min qılıqla evə apardı ki, uşaqlarını görsün. Keçib uşaqlara baxıb sonra oğlumla birlikdə çıxdı. Nə qədər dedik qalmağa razılaşmadı, getdi. Mən istəmirdim ki, Məhərrəm Zəhmətlə tək getsin. Sonra yoldaşım gəldi dedi ki, Zəhmət özünü yandırıb. O gedən kimi Məhərrəm gəldi, yoldaşımı soruşdu, dedim paltarları verdim, aparıb getdi".

Şahid Aysel Əhmədova yoldaşı və qaynanası ilə olan mübahisədən sonra atasının evinə getdiyini dedi:

"Yoldaşıma dedim ki, bu evdə qala bilmərik. Ya atamgildə müvəqqəti qalaq ya da kirayə ev tutaq. Yoldaşım da dedi ki, mən bu evdən çıxmaram, evdə haqqım var, tikintisi üçün kreditə pul götürmüşəm. Yoldaşım banka borcu olduğuna görə axtarışda idi. Mən atamgilə getdim, o gəlmək istəmirdi. Uşaqları görmək üçün  hər gün gələ biləcəyini demişdim Zəhmətə. Həmin gün qapı döyüldü, anam açdı qapını. Yoldaşım da qışqıraraq məni çağırmağını tələb elədi. Mən içəridən çıxa bilmirdim deyə çöldə baş verənləri görmədim, sonra qardaşım  Zəhmətin özünü yandırdığını xəbər elədi".

Şahid Fərid Xəlilov Fərid hadisənin şahidi olmasa da sonradan gələndə yanmış vəziyyətdə olan adamı gördüyünü bildirdi:

"Yandım, yandım, həkim çağırın mənə, deyə qışqırırdı. Paltarlarını soyuna-soyuna çənlərə tərəf qaçdı. Mən tez mühafizəni köməyə çağırdım, həkimləri gözləməyə başladıq".

Şahid Allahverdi Ələsgərov həmin gün ev qapısının qonşusunun kürəkəni tərəfindən şiddətlə döyüldüyünü dedi:

"Zəhmət uşaqlarının öldürüldüyünü, ondan gizlətdiklərini deyib qışqırırdı. Məhərrəm gələndən sonra onu sakitləşdirib evinə aparmaq istəyirdi, israr edirdi ki, ancaq onunla gedəcək. Sonra Məhərrəm gələrək onun özünü yandırdığını dedi".

Məhkəmə qalan iki şahidin məcburi qaydada gətirilməsi barədə qərar verdi.

Növbəti proses dekabrın 8-nə təyin olunub.

Xatırladaq ki, Məhərrəm Hüseynzadə 2025-ci ilin may ayının 29-u, gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda ora gələrək, səs-küy yaradıb. Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə BMW markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış sözlü mübahisə zamanı, Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib. Məhərrrəm Hüseynzadə həbs olunub, ona qarşı CM-nin 120.2.4. (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fərqanə Novruzova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Dekabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri