Icma.az
close
up
RU
“Başına benzin tökdü, gördüm ki, yanır” Yanaraq ölən Zəhmətin MƏHKƏMƏSİ

“Başına benzin tökdü, gördüm ki, yanır” Yanaraq ölən Zəhmətin MƏHKƏMƏSİ

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə başlayıb:

"Nərimanov tərəfdə atam və dostumla oturmuşdum. Bacımdan zəng gəldi ki, Zəhmət gəlib, özündə deyil, dava salır. Mən tez durub evə yollandım, məhəlləyə yaxınlaşanda, adam çoxluğundan Zəhməti görmədim, ancaq səsini eşidirdim. Qışqırırdı ki, övladlarımı gizlədirlər, mənə göstərmirlər. Ona yaxınlaşıb qoluna girdim, sakitləşdirməyə çalışdım onu. Dedim ki, nə olub sənə, kim səndən uşaq  gizlədir, odur evdə yatırlar. Birtəhər yola gətirib apardım evə, keçib uşaqlarını gördü, kövrəldi. Dedim ki, qal burada, sabah növbədəyəm, o biri gün uşaqları gətirərəm. Razılaşmadı, gedəcəyini bildirdi. Fikirləşdim ki, aparım onu evinə, yatıb sakitləşsin. Biz maşına əyləşəndə elə o elə zənn elədi ki, həyətdə dayanan qonşulardan kimsə buna təhqiredici nə isə deyib. Dərhal özündən çıxıb ona cumanda, qoymadım. Atam da mənimlə maşına minəndə Zəhmət dedi ki, mənim Məhərrəmlə işim var, təklikdə danışmaq istəyirəm". Yola düşdük. Getdiyimiz yerdə birdən o qəfil qapını açıb yerə düşdü. Tez onu tutdum, mənə söylədi ki, sənin qonşun məni təhqir edib, gedib onun cavabını verəcəm. Birtəhər onu sakitləşdirib maşına oturtdum. Nərimanov prokurorluğunun qabağından keçəndə dedi ki, gedək  yanacaqdoldurma məntəqəsinə, mənə evdə benzin lazımdır. Dilə tutmağa, fikrindən daşındırmağa çalışdıqca qızışdığını görüb, dava çıxmasın deyə naəlac dediyi yerə apardım. Pulu özü verdi, özü qabı doldurdu. Qab dolanda Zəhmət qəfil qabı şlanqdan dartdı, götürüb tökdü başına. Qışqırdı ki, bəs demişdin məni yandıracaqsan, yandır da  indi. Bunu görəndə əlim-ayağım boşaldı, özümü pis hiss elədim. Dedim ki, ay qardaş, sən nə danışırsan, nə yandırmaq? Zəhmət ikinci, üçüncü dəfə başına benzin tökdü. Bir də onu gördüm ki, gözümün qabağında yanmağa başladı. Bunu görüb ona kömək etməyə çalışdım, lakin o mənə barmaq hərəkəti göstərərək, sənə bu da azdır dedi. Tez ataya zəng edib Zəhmətin özünü yandırdığını dedim və evə qayıtdım ki, atanı götürüm. Həyətə çatanda qonşular dedi ki, ata yanacaqdoldurma məntəqəsinə getdi. Təzədən ora qayıdanda dedilər ki,  Zəhməti aparıblar təcili yardıma. Daha sonra ata ilə getdik 17-ci bölməyə ifadə verməyə".

Növbəti dəfə təqsirləndirilən M.Hüseynzadə  dövlət ittihamçısının və vəkillərin  suallarını cavablandırıb.

Zərərçəkənin hüququ varisi Əhmədova Vəzifə oğlunun içkili vəziyyətdə  qudasının evində getdiyini qəbul etdiyini deyib:

"Məhərrəm, sən niyə onun valideynlərinə xəbər etmədin ki, gəlin uşağınıza yiyə durun? Gəlin bir neçə ay idi acıq edib getmişdi atası evinə. Zəhmət arada uşaqlarını görmək üçün gedirdi, qalırdı da orada. Komaya düşmüşdüm, gəlin bir dəfə halımı soruşmadı, Zəhmət buna görə küsmüşdü ondan. Hadisə barədə bizə xəbər verməyiblər, səhəri günü eşitmişik. 28 gün uşağım xəstəxanada zülm çəkib, qışqırığı, əzabı ərşə çıxırdı, gəlinin ailəsi bir dəfə də onu ziyarətə gəlməyiblər, qapımızı açmayıblar. Öləndə də gəlib halallaşmadılar".

Daha sonra Zəhmət Əhmədovdan xəstəxanada olarkən alınan video müsahibə təqdim olunub.

Şahid Nurəddin Hüseynov hadisə baş verən gün evdə olduğunu dedi:

"Evdə yatmışdım. Qapı bərk-bərk döyüldü. Durdum ki, qapını döyən Zəhmətdir. Nə qədər dedim, içəri gəlmədi. Başladı qonşuların qapılarını döyməyə. Gecə 2-də belə hadisənin olmasından xəcalət çəkdim. Sakitləşdirməyə çalışdıq. Sonra Məhərrəm gəldi".

Bundan sonra növbəti məhkəmə prosesi 1 dekabr saat 16:00-a  təyin olunub.

Xatırladaq ki, Məhərrəm Hüseynzadə 2025-ci ilin may ayının 29-u, gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda ora  gələrək, səs-küy yaradıb. Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə BMW markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış sözlü mübahisə zamanı, Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib. Məhərrəm Hüseynzadə həbs olunub, ona qarşı CM-nin 120.2.4. (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fərqanə Novruzova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Noyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri