Icma.az
close
up
RU
YAP Kürdəmir rayon təşkilatı Xocalı faciəsinin 33 cü Ildönümü münasibətilə tədbirlər keçirib

YAP Kürdəmir rayon təşkilatı Xocalı faciəsinin 33 cü Ildönümü münasibətilə tədbirlər keçirib

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının “Vaqif küçəsi 70” ərazi partiya təşkilatında və Kürdəmir Peşə Liseyində Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə tədbirlər keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xocalı faciəsinə həsr olunmuş “Xocalıdan 5 yaşlı qız” adlı film nümayiş etdirilib.

Tədbirləri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Nurlan Şəfiyev məruzə edərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırımı nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi və digər tarixi və mədəni abidələr dağıdılıb. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı işlər Ulu Öndər Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıdışından sonra başlayıb. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.

Tədbirlərdə çıxış edən digər natiqlər –“Vaqif küçəsi 70” ərazi partiya təşkilatının sədri Arzu Şahbazov, Kürdəmir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Rəşid Nəsirov, Kürdəmir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin şöbə rəisi Eldar Şükürov, Kürdəmir Peşə Liseyinin əməkdaşları Rövşən Seyidov, Yusif Cəbiyev, Şəlalə Hacıyeva bildiriblər ki, tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzününkulminasiya nöqtəsi idi. 26 fevral 1992-ci ildə Erməni hərbi birləşmələri 7 min nəfər əhalisi olan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə divan tutub, soyqırım törətmişdir. Bu il xalqımız Xocalı soyqırımının 33-cü il dönümünü qeyd edir. Faciədən 33 illik bir müddət keçməsinə baxmayaraq Xocalı və digər yaşayış məntəqələrindən olan qurbanları heç vaxt unutmamalıyıq və unutmayacağıq. 33 il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. Şanlı Vətən müharibəsində qisası alınan Xocalı bu gün özünün yeni dövrünü yaşayır. 2023-cü il oktyabrın 15-də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, erməni faşizminin və separatizminin Azərbaycan torpaqlarında bundan sonra bir daha baş qaldıra bilməyəcəyinə dair bütün dünyaya göndərilən bir mesaj oldu. Artıq Xocalıda da möhtəşəm abadlıq-quruculuq işləri böyük vüsətlə həyata keçirilir. Azərbaycan xalqı öz torpaqlarına əbədi qayıdıb və bu reallığı artıq heç bir qüvvə dəyişə bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri