Icma.az
close
up
RU
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42ci iclasında iştirak edib AZƏRTAC

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42ci iclasında iştirak edib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Kamboca Xalq Partiyasının (KXP) ev sahibliyi ilə bu ölkənin Pnompen şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyası çərçivəsində ICAPP Daimi Komitəsinin (DK) 42-ci iclasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ICAPP-ın cari il ərzində fəaliyyətinə nəzər salınıb, Daimi Komitənin yeni üzvləri təqdim olunub və qurumun gələcək planlarına dair ətraflı fikir mübadiləsi aparılıb.

Əvvəlcə Kamboca Xalq Partiyasının Prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen açılış nitqi ilə çıxış edib. O, ICAPP rəhbərliyinə və Daimi Komitənin üzvlərinə minnətdarlıq edərək qarşılıqlı səmərəli əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıb.

Daha sonra ICAPP Daimi Komitəsinin sədr müavini və Kamboca Xalq Partiyasının Əbədi əlaqələr komissiyasının sədr müavini Suos Yara ICAPP-ın 12-ci Baş Assambleyasına hazırlıq işləri barədə məlumat verib. Eyni zamanda, Assambleyanın Büro üzvlüyünə namizədlərin siyahısına baxılıb.

İclasda, həmçinin ICAPP-ın BRICS vasitəsilə müxtəlif ölkələrlə, o cümlədən müxtəlif siyasi partiyalarla əməkdaşlıq məsələləri nəzərdən keçirilib. ICAPP-ın UNESCO ilə əməkdaşlığının genişləndirilməsi imkanları barədə də təkliflər səsləndirilib.

Həmin gün Kamboca Xalq Partiyasının Prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen adından Assambleyanın iştirakçıları üçün rəsmi ziyafət təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see408

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see276

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see251

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see212

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see147

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see147

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see134

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see131

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri