Yaponiya dünyada ilk dəfə dənizdə yeralıtı metallarının çıxarılmasına başlayır
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, sınaq məqsədli mədənçilik gəmisı "Chikyu" Şizuoka limanından çıxaraq, Tokiodan 1900 kilometr cənub-şərqdə yerləşən Minamitori adasına yola düşüb.
Missiyanın əsas məqsədi – dünyada ilk dəfə olaraq 6 kilometr dərinlikdən nadir torpaq elementləri ilə zəngin çöküntünü davamlı şəkildə gəminin göyərtəsinə qaldırmaqdır. Uğurlu nəticə əldə edildiyi təqdirdə bu, texnoloji bir inqilab olacaq və Yaponiya üçün strateji əhəmiyyət daşıyan mineralları qismən təmin etməyə imkan yaradacaq.
Bu layihə, Çin tərəfindən nadir torpaq elementlərinin dünya bazarına nəzarətin gücləndirilməsi fonunda həyata keçirilir. Hazırda Yaponiyanın bu materialların təxminən 60%-ni Çin Xalq Respublikasından aldığı bildirilir.
Layihənin rəhbəri Seiti İşii "Reuters" agentliyinə aşıqlamasında: "Yeddi il davam edən sıx hazırlıqdan sonra nəhayət ki, sınaqlara başlaya bilirik. Bu, çox duyğusal bir andır", - deyə bildirib.
O, bu cür dərinlikdən mineral çıxarmağın böyük bir nailiyyət olacağını və təchizatın şaxələndirilməsinə kömək edəcəyini vurğulayıb.
Gəmidə təxminən 130 nəfər heyət üzvü və tədqiqatçı iştirak edir. Ekspedisiyanın geri dönməsi 14 fevralda gözlənilir. İşlər, ekspertlərin hesablamalarına görə, yüksək konsentrasiyada nadir torpaq elementləri ehtiva edən dəniz çöküntüləri bölgəsində aparılır. Ehtiyatların həcmi isə hələlik açıqlanmayıb.
Layihə uzunmüddətli perspektivdə nəzərdə tutulub. 2018-ci ildən bu yana layihəyə təxminən 40 milyard yen (təxminən 250 milyon dollar) sərmayə qoyulub. Tam miqyaslı mədən işlərinin 2027-ci ilin fevralında başlayacağı planlaşdırılır.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Yanvar 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















