Yaponiya sahillərinə güclü tropik fırtına yaxınlaşır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Pekin, 14 iyul, AZƏRTAC
Yaponiyanın Meteorologiya Agentliyi güclü fırtınanın ölkənin şərq və şimal sahillərinə yaxınlaşması barədə xəbərdarlıq edib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, “Nari” adı verilən fırtına Çiba prefekturasından 170 kilometr məsafədə dəniz üzərindən saatda 35 kilometr sürətlə şimala – sahilə doğru hərəkət edir. Fırtınanın sahilə iyulun 14-də gecə və ya iyulun 15-də səhər saatlarında çatacağı gözlənilir.
Fırtınanın sahilə güclü külək və yağıntı gətirmək, dənizdə isə hündür dalğalar yaratmaq ehtimalı var. Bu səbəbdən əhaliyə, müvafiq qurumlara qabaqlayıcı tədbirlər görmək tövsiyə olunub. Bəzi yerlərdə yağıntının miqdarının 200 millimetrə çatacağı gözlənilir, sahilyanı zonalarda daşqın ehtimalı yüksəkdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Baxış sayı:48
Bu xəbər 14 İyul 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















