Icma.az
close
up
RU
Yaponiyanın “Nikkei” nəşri COP29 un baş danışıqçısı Yalçın Rəfiyevlə müsahibəni dərc edib

Yaponiyanın “Nikkei” nəşri COP29 un baş danışıqçısı Yalçın Rəfiyevlə müsahibəni dərc edib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 iyun, AZƏRTAC

Yaponiyanın nüfuzlu “Nikkei” nəşri COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə müsahibəni dərc edib.

AZƏRTAC xəbər verir ki, müsahibədə COP29-un yekununda əldə edilmiş uğurlu nəticə olaraq 300 milyard ABŞ dolları məbləğində iqlim maliyyəsi qərarı bir daha xatırladılır və Y.Rəfiyevə istinadən bu qərarın əldə olunması istiqamətində inkişaf etməkdə olan ölkələrin mövqelərinin koordinasiyası prosesində COP29 Sədrliyi ilə yaxından əməkdaşlıq edən Çinin konstruktiv rol oynadığı vurğulanır.

Məqalədə, həmçinin Beynəlxalq Enerji Agentliyinə istinadən hazırda təmiz enerji sahəsində qlobal investisiyada Çinin payının 1/3-ə çatdığı qeyd olunur və Çin tərəfindən 2013-2023-cü illərdə təkcə ASEAN ölkələrinə 2,7 milyard ABŞ dolları məbləğində sərmayə yatırıldığı bildirilir.

Bu xüsusda, Y.Rəfiyev inkişaf etməkdə olan ölkələri səfərbər etmək imkanları ilə yanaşı, Çinin qlobal dekarbonizasiya prosesindəki liderlik rolunun da onun qlobal iqlim danışıqlarında qlobal liderlik funksiyasını daşıya biləcəyinə işarə olduğunu qeyd edir və ABŞ-ın Paris Sazişindən çıxmaq barədə qərarından sonra beynəlxalq iqlim danışıqlarında yaranan qlobal liderlik boşluğunu doldurmaq üçün ən yaxşı namizədin də məhz Çin olduğunu vurğulayır.

Nazir müavini inkişaf etmiş dövlətlər tərəfindən isə qlobal iqlim danışıqlarında liderlik rolunu oynamaq üçün ən uyğun namizədin Birləşmiş Krallıq olduğunu bildirir. Belə ki, Birləşmiş Krallıqda yeni Leyboristlər hökumətinin qlobal iqlim fəaliyyətini prioritet olaraq müəyyən etdiyi və bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bir fəaliyyət apardığı qeyd olunur.

Məqalədə, həmçinin Y.Rəfiyevə istinadən, cari ilin noyabrında Braziliyanın Belem şəhərində keçiriləcək COP30-un yeni ambisiyalı hədəflər müəyyən edərək dövlətləri COP prosesinə uzaqlaşmağa vadar etməkdən çox, əvvəlki COP-ların nəticələrinin icrasına fokuslanmalı olduğu qeyd edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri