Icma.az
close
up
RU
Yaponlar Allahsız, biz isə müsəlman

Yaponlar Allahsız, biz isə müsəlman

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Kubra Məhərrəmova yazır...

Niyə Allahsız yaponlar?

Çünki yaponların milli dini var, məhz onlara məxsus. Şintoizm-yəni "tanrıların yolu". Yaponların baş tanrısı yoxdur, çox sayda ibadət etdikləri varlıqlar var. Hətta ölülərinin ruhuna da ibadət edirlər. Ən maraqlısı isə budur ki, onlar digər dinlərin nümayəndələri kimi heç kimi öz dinənə dəvət etmir, başlarını aşağı salıb öz dünyalarında yaşayırlar.

Şintoizm ən qədim dinlərdən biri sayılır. Yaponlar inanır ki, onların ölkəsi tanrıların ölkəsidir. Bəlkə də, buna görə öz ölkələrini həddindən artıq çox sevirlər. Sevgini isə hər addımlarında ifadə edirlər.

Yaponlar həm özlərini, həm də övladlarını bu ölkə üçün qurban verməyə hazırdırlar. Onlar uşaqlarını belə Yapon cəmiyyəti üçün böyüdür, ölkənin maraqları üçün formalaşdırırlar.

Yaponiyada olduğum qısa səfər ərzində bu millətin son dərəcə nizam-intizamlı, səbirli və emosional cəhətdən sakit olduqlarının fərqinə vardım. Yardım etməyi sevirlər. Onu da məsuliyyətlə edirlər. Səni yolu tam başa düşdükdən sonra tərk edirlər.

Və nəzərə alın ki, həmin azərbaycanlı ilə həmin yaponun bir daha qarşılaşma ehtimalı sıfıra bərabərdir. Amma bir yapona görə yenə də hər şey qaydasında olmalıdır.

Balaca bir nümunə, Kansay Hava limanında xırda suvenirlər alırdım. Yapon satıcı bir-bir hamısını yoxladı və mənə də göstərdi. Keyfiyyətdən əmin olduqdan sonra ödənişi qəbul etdi.

Elə yaponun üzünə baxa-baxa onu düşündüm ki, axı bizim səninlə görüşmək ehtimalımız heç yoxdur və bu aldıqlarım zədəli və keyfiyyətsiz olsa da, olmasa da onu qaytara bilməyəcəyəm. Çünki yarım saata dünyanın o başına uçuram. Bu məsuliyyət, bu vicdan haradandır belə? Hələ sonda təzim etməsi, məni lap tərksilah etdi.

Yaponiyada istənilən dükana, kafeyə, restorana girəndə eyni şeylə üzləşəcəksiniz. İşinə qarşı yüksək məsuliyyət və müştəriyə qarşı sayğı.

Üstəlik Yaponiyada kafe-restoranda hesabdan əlavə bəxşiş qoysan, bunu hörmətsizlik, təhqir kimi qəbul edəcəklər. Azərbaycanda isə hesaba "servis haqqının" vurulduğu halda, hələ bəxşiş də istəyəcəklər. Verməyəndə də zatına söyücəklər.

Bir də yaponlarda bir qayda var, əgər harasa nəsə yazılıbsa, məsələn "bura əl vurma" və ya "buradan keçmə", heç kim bu qaydanı pozmayacaq.

Qayda və qanun hər kəs üçün eynidir. Yazılıbsa, deməli riayət olunmalıdır.

Şəhərlərarası və şəhərdaxili hərəkət zamanı da küçədə bir dənə də olsun küçə heyvanı görmədim. Nə it, nə pişik. Yollar da tərtəmiz. Küçədə bir dənə zibil yeşiyi tapmazsan, hamı zibilini cibində, çantasında gəzdirir.

Və bunu görəndə ağlar günə qalmış Bakını yadıma saldım.

Evinin 15-ci mərtəbəsindən uşaq bezini küçəyə atanlar, küçəyə tüpürənlər, avtomobilin pəncərəsindən ayağını küçəyə çıxaranlar, yüksək səslə musiqiyə qulaq asanlar.

Biz müsəlmanıq, yaponlar isə Allahsız.

Biz gündə beş dəfə namaz qılıb, oruc tuturuq. Yapon isə öz ölmüş babasının ruhuna tapınır. Biz əhli cənnətik, onlar isə kafir...

Bizdə hamı bizə borcludur, yapon isə düşünür ki, o vətəninə, ölkəsinə borcludur. Yaponlar təqaüd yaşına 60 yaşda çıxa bilərlər, lakin tam ödənişi 65 yaşında alırlar. Aldıqları təqaüd onlar üçün az olduğu üçün bir çox yaşlı adamlar hətta 80 yaşına qədər çalışırlar.

Yəqin ki, 2011-ci ilin martında "Fukusima-1" Atom Elektrik Stansiyasında (AES) baş verən qəza çoxunuzun yadındadır. Güclü zəlzələ və ardınca dəhşətli sunamini nəticəsində stansiyanın üç enerji blokunda nüvə sızması baş vermişdi. Bu sadəcə fəlakət idi. Amma yaponların nizam-intizamı, sakit beyinlər, yüksək dərəcədə bilikli olmaları, problemləri həll etmək bacarığı o boyda fəlakətin qarşısını aldı.

Hətta təqaüddə olan yaşlı mühəndislər könüllü yardıma gələrək, gənc mütəxəssislərin radiasiyaya məruz qalmaması üçün ən çətin və təhlükəli yerlərə özləri gediblər.

Məntiqləri də bu olub ki, biz artıq ömrümüzü yaşamışıq, qoy cavanlara heç nə olmasın.

Bu anda da əlimi dizimə vurub, Azərbaycanda 14-15 yaşı qızları özündən 15-20 yaşlı kişilərə ərə verən bizim yaşlılar-ağsaqqallar düşdü.

İlahi, necə də doğru imiş bu ifadə, coğrafiya qədərindir, taleyindir. Özünü vur-öldür, qalaq-qalaq kitab oxu, elmi kəşflər elə. Doğulduğun ölkə, cəmiyyət sənin gələcəyini müəyyən edir.

Yaponlar kamilərə inanır, biz isə müsəlmanıq. Onların kitabı yoxdur, bizim isə Quranımız var. Quranı oxuyub, Allahın buyurduğunu etməkdənsə, onu dəsmala büküb servantın başına qoymuşuq.

Yaponiyadan Bakıya dönərkən Dohadan gəlməli oldum. 16 saat gözləməli olduğumdan şəhərə çıxdım. İsti-bürkü bir tərəfdən, bir tərəfdən də toz-torpaq əsl Ərəbistan təbiətini nümayiş etdirdi.

Əl-qərəz, yaxınlıqla olan Souq Vaqif deyilən əraziyə, bazara gəldim. Oradakı satıcılar isə başladı qiymət qaldırmağa. Satdığı Çin malı olmasına rəğmən, and-aman edirdi ki, Hindistan malıdır, təmiz maldır və s. Soruşsan hamısı müsəlmandır, hamısı da halal-haram bilir. Amma, nə isə...

Yaponlardan sonra bu düşüncəni və rəftarı görmək adamda koqnitiv dissonans yaradır. Sanki bazarda olan satıcının hər biri sənə zorla nəsə satmağa çalışır, başını aldatmağa cəhd edir.

Görən Şərqdə hamı belədir?

Yaponiyada taksi xidməti bahadır. Şəxsən Osakadan Kansay Hava limanına taksi ilə gəldiyimiz üçün 21.020 yapon yeni ödəniş etdik (241.92 manat).

Amma sən yalnız taksi ilə hərəkət etmək məcburiyyətində deyilsən. Sənin üçün xeyli başqa, alternativ seçimlər var, qatar, metro və s. Amma Azərbaycanda hava limanı deyir ki, "sən kimsən ki, taksiyə minəsən?" ya mən dediyim 50-70 manatlıq taksiyə minəcəksən, ya da düş Binənin küçələrinə pay-piyada yeri.

Yapon kafirdir, biz isə müsəlman. Hələ göydə ay çıxanda üzünə salavat çevirənləri demirəm...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri