Icma.az
close
up
RU
Yarımcan Qarabağ ın Enshede performansı

Yarımcan Qarabağ ın Enshede performansı

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

UEFA Konfrans Liqasının pley-offunun ilk matçında qonaq qismində "Tvente" ilə üz-üzə gələn "Qarabağ" Azərbaycana 1:0 hesablı qələbə ilə qayıtdı və turnirin əsas mərhələsində iştirak yolunda inamlı addım atdı. Çoxsaylı itkilər səbəbindən belə desək, Enshededə yarımcan mübarizə aparan "köhlənlər"in uğuru həm də böyük əzmkarlıq, qətiyyət, əsl komanda ruhu nümunəsidir. 

İnanan az olsa da...

Bu yay heyətini yeniləyən, mərkəz müdafiəçi Kevin Medina, universal forvard Kamilo Duran, vinger Leandro Andrade kimi "start 11-lik" oyunçuları ilə vidalaşan, "Tvente" ilə matçdan öncə 8 il komandanın liderlərindən olmuş cinah hücumçusu Abdullah Zubir ilə də yolları ayıran "Qarabağ"ın itkiləri ən nikbin azarkeşi belə, bədbinliyə sürükləyirdi. Əlbəttə, yeni transferlərdən Zakaria Savonun, Renaldo Sepasın, müəyyən fasilədən sonra əsas heyətə qaytarılan Elvin Cəfərquliyevin və Pedro Bikalyonun zədə, Cəbrail Makreçkisin cəza üzündən kənarda qalması qorxunc reallıq idi. Heyətlə bağlı çox ciddi problemlər fonunda Azərbaycan təmsilçisinin Enshededə uduzması normal qarşılanacaq və kimsə mümkün yenilgiyə görə Qurban Qurbanovu və komandasını qınamayacaqdı. Bir sözlə, "köhlənlər"in qələbəsinə inananlar çox deyildi. Meydanda can qoyan oyunçular isə futbolda düzgün yanaşmanın, psixoloji hazırlığın nə demək olduğunu isbatlamağı bacardılar.

Ümumi balans

Daha öncə "Tvente" ilə Avropa səhnəsində 2 dəfə qarşılaşan "Qarabağ" 2009-cu ildəki birinci cəhddə (0:0, 1:3) Niderland komandasının öhdəsində gələ bilməmişdisə, 12 il əvvəl məhz bu rəqibi Muarem Muaremin vurduğu səfər qolu hesabına üstələyərək (0:0, 1:1) tarixində ilk dəfə UEFA Avropa Liqasının qrupuna düşmüşdü. Üçüncü mübarizənin ilk duelində qazanılan qələbə "köhlənlər"in bu rəqiblə oyunlarda ümumi balansı xeyrinə dəyişmək cəhdi də vurğulanmalıdır. Bakıdakı cavab oyununda da uğur qazanmaq arzusu reallaşsa, "ağ-göylər" bu istəyinə də çatacaq.

Muaddib, Lanqa və Zlomisliç

Təbii, uğuru komanda qazanır, amma "Qarabağ"ın Niderlanddakı oyununda Zubirin illərdir "özəlləşdirdiyi" sol cinah vingeri mövqeyində yer alan Jali Muaddib ortaya qoyduğu performansla azarkeşləri ümidlədirdi. Kadinin Musa Qurbanlının ötürməsindən sonra yeganə qolu vurduğu epizoddan öncə əla driblinqlə diqqət çəkən Jali rəqib müdafiəçilərini təzyiqdə saxladı, xüsusi hərəkətliliyi ilə diqqət çəkdi. Zubirin yerinin boş qalmadığı dəqiqdir. Mateuş Koxalskinin qapıdakı yerini əlindən alan Martin Zlomisliçin inamlı oyunu da qabardılmalıdır. Bosniyalı qolkiperin "çərçivə"dəki etibarlı çıxışı, uğurlu seyvləri komandaya həm də psixoloji üstünlük qazandırdı. Cəfərquliyevin mövqeyində oynayan Bruno Lanqa barədə də yalnız xoş sözlər deyə bilərik. Lanqa aqressiv və "səliqəli" təsir bağışladı.

Mütəxəssislər nə deyir?

Bizim yazdıqlarımız öz yerində, mütəxəssislərin də fikirlərinə yer vermək mütləqdir. Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevi dinləyək: "Qarabağ" oyunun son saniyələrinə kimi çox gözəl mübarizə apardı. Lazım olan qələbəni qazandılar. Hələ komandaya adaptasiya olmamış və zədəli futbolçuların olmasına baxmayaraq, bu cür vəziyyətdə qalib gəlmək böyük uğurdur. Ancaq cavab oyunu var və hələ heç nə həll olunmayıb. Bizi qarşıda maraqlı görüş gözləyir. İnanıram ki, "Qarabağ" Bakıda həm gözəl oyun sərgiləyəcək, həm də rəqibini üstələyərək KL-in əsas mərhələsinə adlayacaq. Heç kimi fərqləndirmək istəmirəm. Dünən komanda şəklində yaxşı mübarizə apardılar. Çatışmazlıqlar var və bu, görünür. Başda Qurban Qurbanov olmaqla, məşqçilər korpusu da bunu bilir. Fikrimcə, zədəlilər geri dönəndən, yeni oyunçular uyğunlaşandan sonra istədiyimiz "Qarabağ"ı görəcəyik".

Milli ilə yanaşı "Qarabağ"da da top qovmuş Aslan Kərimov isə belə düşünür: "Yaxşı və maraqlı oyun oldu. "Qarabağ" üçün görüşün ağır keçəcəyi düşünülürdü və buna səbəb də heyətin yenidən formalaşması, zədəlilərin olması idi. Komandamız matçın əvvəlində basqı altında oynadı. Amma ilk yarının ortalarından etibarən, topa nəzarəti ələ keçirdik. Oyunu ələ aldıqdan sonra rəqib üçün çətin oldu. Çünki cinahlardan hücumlar və ya ötürmələr nəticəsində artıq "Tvente" futbolçuları yorulmağa başladılar. Topu ələ keçirmək istəyi və qarşı tərəfin pressinqi onları bir qədər əldən saldı. İkinci hissə "Tvente"nin kobud səhvi ilə başladı. Kadi Borges qapıçı ilə üzbəüz çıxdı, əfsuslar olsun ki, top dirəkdən geri qayıtdı. Növbəti top itkisindən sonra Jali Muaddibin cinahdan ötürməsi zamanı "Qarabağ" hesabı açdı. Qoldan sonra əsl "Tvente" üzə çıxdı. Yəni daha təzyiqli və hücumayönümlü oynamağa başladılar. Dəyişikliklərə əl atdılar, daha cəld futbolçuları meydana buraxdılar. Qapıçımız inamlı təsir bağışladı".

Qarşıda ikinci matç var

Hə, "Qarabağ" birinci görüşdə lazım olanı etdi, amma qarşıda cavab görüşü var. Enshedelilərlə tale yüklü ikinci matç avqustun 27-də, 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Azarkeşlərin tribunaları doldurması, heyətlə bağlı problemlər yaşayan "köhlənlər"i ruhlandırması olduqca önəmlidir. "Qarabağ" qapısını döydüyü əsas mərhələyə yüksəlsə, növbəti Avropa oyunlarında daha parlaq kollektiv izləyəcəyimizə şübhə yoxdur.

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 
  


 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://fanat.az
archiveBu xəbər 21 Avqust 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri