Icma.az
close
up
RU
“Yas məclisinə qarnımızı doyurmağa yox, ev sahibinin dərdinə şərik olmağa getməliyik” SOSİOLOQ ŞƏRH ETDİ

“Yas məclisinə qarnımızı doyurmağa yox, ev sahibinin dərdinə şərik olmağa getməliyik” SOSİOLOQ ŞƏRH ETDİ

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Çox təəssüf ki, bu gün yas məclisləri ilə bağlı vəziyyət acınacaqlıdır, bəzən isə tam bir biabırçılığa çevrilir. Bu məsələyə qarşı ölkədə ilk mübarizə aparanlardan biri də mən olmuşam — artıq 25 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm. Mətbuatda, televiziyada, müxtəlif tədbir və layihələrdə bu mövzu ilə bağlı çıxışlar etmiş, təkliflər irəli sürmüşük”.

Bunu  Gununsesi.info-ya danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib.

Sosioloqun fikrincə bu cür yas mərasimləri nə dini , nə də sosial baxımdan doğru deyil:

“Əslində, bu mərasimlərdə “ehsan” deyilir, amma ortada ehsan yoxdur. Ehsan — pulsuz, təmənnasız şəkildə edilən, səmimi niyyətlə təqdim olunan bir xeyir işdir. Bu gün isə yas mərasimləri restoran xidmətinə çevrilib: insanlara yemək-içmək verilir, daha sonra isə pul yazılır, vəsait toplanır. Bu, ehsan anlayışına tamamilə ziddir.

Nə İslam dinində, nə də başqa ölkələrdə bu cür adətə rast gəlinmir. Bir insanın doğması rəhmətə gedəndə insanlar onun dərdinə şərik olmağa, təskinlik verməyə gəlirlər — yemək yeməyə yox.

Amma bu gün ehsan süfrələrində o qədər zəngin təamlar təqdim olunur ki, bu artıq yas deyil, ziyafət məclisini xatırladır. Bu isə yas sahibinin həm maddi, həm də mənəvi cəhətdən ağır vəziyyətə düşməsi deməkdir: böyük xərclər, yorucu hazırlıq, bəzən hətta borc və sələmə düşmək.

Bu hal sadəcə yas sahibinə deyil, cəmiyyətin özünə də zərər verir. Biz yas məclisinə qarnımızı doyurmağa yox, ev sahibinin dərdinə şərik olmağa getməliyik.

Əgər doğrudan da ehsan vermək niyyəti varsa, bu, tamamilə pulsuz olmalıdır. Məsələn, yalnız çay və su ilə sadə bir çay süfrəsi təşkil edilə bilər. Çay ehsanı verməyin xərci 100 manat civarında olur, ən çox hallarda 200 manata başa gələ bilər. Bu həm xərci azaldar, həm də imkansız təbəqəni qoruyar”.

 E.Bayramlı bildirib ki, bu məsələnin inzibati yollarla tənzimlənməsi isə mümkün deyil:

“Çünki bu, mənəvi məsələdir və qanunla tənzimlənməsi çətindir. Burada əsas rol cəmiyyətin ziyalılarına, ağsaqqallarına, məmurlarına, tanınmış şəxslərə və din xadimlərinə düşür. Əgər bu şəxslər sadə yas məclisləri təşkil etsələr, pul yığmasalar, xalq da onlardan örnək götürər.

Əks təqdirdə, bu yanlış adət daha da genişlənəcək və nəticədə mənəvi deqradasiya dərinləşəcək. Cəmiyyətdə elə bir görüntü yaranır ki, sanki yas məclisi deyil, təmtəraqlı ziyafət keçirilir. Bu isə yas sahibini həm psixoloji, həm də maddi baxımdan əzir.

Bəzi rayon və kəndlərdə bu məsələ ilə bağlı müsbət nümunələr də olub. Məsələn, 2000-ci illərin əvvəllərində Tovuz rayonunda televiziyada çalışarkən belə bir layihə həyata keçirdik. Rayonun ağsaqqallarını, axundunu, din xadimlərini bir araya gətirib televiziyada təbliğat apardıq. Bir neçə ay ərzində yas mərasimləri sadə formada, yalnız çay verilərək keçirildi. Təəssüf ki, bu təşəbbüs davamlı olmadı, çünki sonradan qərar qəbul edilmədi və tətbiq dayandı.

Sonra belə bir şərt də qoyulmuşdu ki, yemək süfrəsi verilməyən olunmayan məclislərə axundlar və mollalar getməsin. Bu, insanların qaydalara riayət etməməsinə səbəb oldu. İndi də eyni yanaşma tətbiq oluna bilər: dinə zidd olan mərasimlərə din xadimləri qatılmamalıdır.

Bir daha qeyd edirəm ki, yas məclisində yemək vermək nə dini baxımdan doğrudur, nə də insanlığa yaraşır. Bu, əslində deməkdir ki, mən dini, mənəviyyatı və Qurani-Kərimi qəbul etmirəm. Belə yanaşma sosial və mənəvi problemlərin əsas səbəblərindən biridir”.

E.Bayramlının fikrincə yas məclislərindəki bu biabırçılıqlara ehtiyac yoxdur:

“Bu, nə ziyafət, nə də nümayiş yeridir. Sadəlik və səmimiyyət əsas olmalıdır. Cəmiyyətin sağlam təbəqələri – ziyalılar, din adamları, mədəniyyət xadimləri bu sahədə təşəbbüs göstərsələr, cəmiyyət də onlara baxıb doğru yolu seçəcək. Əks halda, bu mənəvi fəlakət daha da dərinləşəcək.

Digər bir məsələ isə qəbir daşları ilə bağlıdır. Bu sahədə də standartların müəyyən olunmasına ehtiyac var. Başdaşları sadə, kiçik və fərqləndirici olmayan formada olmalıdır. Kimin pulu çoxdur, nəhəng heykəl qoyur; kimin imkanı yoxdur, başdaşı belə tapa bilmir. Bu, cəmiyyətdə öləndə belə ayrı-seçkiliyin yaranması deməkdir. Bu isə ağır sosial yük və mənəvi deqradasiyadır. Qəbir daşlarının forması və ölçüsü məsələsi isə qanunla tənzimlənə bilər.

Nəticə olaraq, yas məclislərində təmtəraq yox, təvazökarlıq, israf yox, səmimiyyət olmalıdır. Əgər biz bu sahədə dəyişiklik istəyiriksə, əvvəlcə özümüz nümunə olmalıyıq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri