Yasamalda qazinin ev növbəsi 3 ildir həll olunmur İcra Hakimiyyəti nə istəyir?
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
44 günlük Vətən müharibəsi iştirakçısı, 3-cü qrup əlil, qazi Əliyev Şamxal Baba oğlu ev növbəsinə daxil edilməməsi ilə bağlı problemlər yaşayır.
Bunu Demokrat.az-a açıqlamasında qazi Şamxal Əliyev deyib.

O bilirib ki, Prezidentin müvafiq sərəncamına əsasən, qazilər ev növbəsinə durmalıdırlar:
“Mən bir neçə dəfə müraciət etməyimə baxmayaraq, Yasamal Rayon İcra Hakimiyyəti məni ev növbəsinə daxil etmir. Onlara dəfələrlə yazılı müraciət göndərmişəm, lakin cavab olaraq mənə rədd cavabı verilib.
Daha sonra məndən inzibati məhkəməyə müraciət etməyim istənildi. İnzibati məhkəməyə müraciət etdim və qalib gəldim. Apellyasiya məhkəməsində də qərarım təsdiqləndi.
Məhkəmə tərəfindən Yasamal RİH-ə məktublar göndərildi, xəbərdarlıqlar edildi və bildirildi ki, məhkəmə qərarını icra etməsələr, 50 min manata qədər cərimə tətbiq oluna bilər. Buna baxmayaraq, hələ də qərar icra olunmur. Hər dəfə əsassız bəhanələr gətirirlər və qanunla nəzərdə tutulan heç bir əsas təqdim edə bilmirlər. Mən artıq 3 ildir məhkəmələrdə sürünürəm. Ailəliyəm, bir övladım var və ikinci övladım tezliklə dünyaya gələcək. Kirayədə qalmaq çox çətindir və çıxış yolu olmadığı üçün məsələni ictimailəşdirmək məcburiyyətindəyəm”.
Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Mövqeylərini dərc etməyə hazırıq.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Səbail Rayon İcra Hakimiyyəti qazinin obyektini uçurdu VİDEO
16 İyul 2025 16:55
Yasamalda zibil qutularının yerində obyekt tikilir İcra hakimiyyəti isə qanunsuz tikintini “görmür”
28 Mart 2025 10:16
İcra hakimiyyəti başsızları
30 Dekabr 2025 16:42
İcra Hakimiyyəti unitaz alır
23 İyul 2025 23:28
Baxış sayı:80
Bu xəbər 14 Yanvar 2026 16:20 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları