Yasamaldakı bu küçədə su sızmasının qarşısı niyə alınmır? RƏSMİ AÇIQLAMA FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Yasamal rayonunun mərkəzi küçələrindən birində sakinləri narahat edən mənzərə yaşanır. Belə ki, İlqar İsmayılov küçəsində artıq iki gündür ki, yolda su sızıntısı müşahidə olunur, küçə boyu iri gölməçələr əmələ gəlib.
Avtosfer.az xəbər verir ki, havanın temperaturunun hələ də yüksək olduğu bu dövrdə suyun bu qədər axıdılıb israf edilməsi insanlarda təəccüb və narazılıq doğurur. Əraziyə yaxınlaşanda sanki kiçik bir çay axırmış kimi mənzərə ilə rastlaşırsan. Halbuki hər gün içməli suya qənaət çağırışları edilir, hətta abonentlər sərfiyyata görə cərimə və ödənişlərlə üzləşirlər.
Məsələ ilə bağlı sakinlər bildirirlər ki, dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, hələlik heç bir tədbir görülməyib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən saytımıza verilən məlumata görə hazırda həmin ərazi sukanal idarəsinin nəzarətindədir:
“Qazıntı işləri aparılmalıdır, bununla bağlı müvafiq quruma müraciət olunub. Tez bir zamanda işlərə başlanılacaq”.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 05 Sentyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















